"İndiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm" - GİLEY







dogruxeber.tv: - Ötən gün redaksiyamıza müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi, Bakı şəhəri, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Nurlan Sail oğlu Məmmədov 44 günlük savaşdan sonra üzləşdiyi problemlə bağlı məlumat verib.

Belə ki, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyən Nurlan Məmmədovun sözlərinə görə, o, ötən ilin oktyabr ayının ortalarında Füzuli istiqamətində yalanıb: “Yaralandıqdan sonra bir neçə kilometr arxada yerləşən səhra tipli səyyar tibb məntəqəsinə yollanmışam. Orada belə uyğun görülüb ki, hospitala getməyim. Qeyd edim ki, ümumilikdə 4 qəlpə yarası almışam, 3-ü sıyırıb, 1-i isə sol ayağıma girib. Tibb məntəqəsində qəlpəni çıxardılar, sarğı qoydular və 2 gün sonra yenidən taborun tərkibinə qatılmışam. Daha sonra döyüş yolum Cəbrayıl, Xocavənd və Şuşaya qədər uzantı. Lakin müharibədən sonra belə bir məsələ ortaya çıxdı ki, hospitalda olmadığım, yəni ordan sənədim olmadığım üçün mənə heç kim travma, yəni döyüşdə xəsarət almağım haqqında arayış vermir”.

Üzləşdiyi problemlə bağlı Müdafiə Nazirliyinə, “Papanin” hospitalı kimi tanınan Silahlı Qüvvələrin Baş Klinik Hospitalına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinə (keçmiş Salyanski kazarma-red.) müraciət etdiyini vurğulayan qazi bildirib ki, bunun da müsbət nəticəsi olmayıb: “Nəzərinizə çatdırım ki, “Salyanski kazarma”da müharibədən gələn könüllülərlə bağlı bir heyət təyin olunmuşdu ki, problemlər həll olunsun. Orada müraciət etmişəm, amma heç bir müsbət nəticəsi olmayıb. Hərbi hissənin həkimləri deyirlər ki, sənə Forma 11, yaxud travma haqqında arayış vermək üçün bizə hospitaldan sənəd lazımdır. Eyni zamanda, hospital da həmin hərbi hissənin sənədini tələb edir. Məhz buna görə də mən indiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm. Qeyd edim ki, bu proses təxminən, 4 aydır davam edir. Ancaq hələ də nəticə əldə olunmayıb”.

Sonuncu dəfə bir neçə gün öncə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etdiyini deyən Nurlan Məmmədovun bildirdiyinə görə, bu dəfə də onu hərbi hissəyə yönəldiblər: “Hərbi hissədən isə deyirlər ki, yenidən “Papanin” hospitalında (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı-red.) tibbi ekspertizaya düşmək lazımdır. Bu üçün də bugünlərdə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə müraciət edəcəm. Çox güman, orada ərizə yazdıracaqlar və bir həftə gözləyəcəm ki, mənə göndəriş versinlər. Bundan sonra isə artıq “Papanin” hospitalında nə deyəcəklər, özləri bilərlər. Onu da qeyd edim ki, “Papanin” hospitalına gedəndə cərrah demişdi ki, mən nə bilim sən “kravat”dan yıxılıbsan, yoxsa bu qəlpə yarasıdır. Mənim faktiki olaraq, Qarabağ müharibəsində qanım axıb, ancaq buna baxmayaraq, hərbi biletimə “döyüş ərəfəsində yaralanıb” cümləsini yazdıra bilmirəm”.

Sonda qəzetimiz vasitəsiylə ölkə başçısına müraciət edən İkinci Qarabağ müharibəsinin qazisi Ali Baş Komandan üzləşdiyi problemin həllində yardımçı olmasını xahiş edib: “Biz məhz Ali Baş Komandanın əmri ilə döyüşlərə qatılmışıq və bu səbəbdən də ümid edirəm ki, ölkə başçısı sadə bir sənədə görə bu qədər əziyyət çəkməyimə biganə qalmaz”. //hurriyyet.az//
"İndiyədək travma almağım haqqında arayış əldə edə bilməmişəm" - GİLEY

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər