Daha iki döyüşən jurnalist medalla təltif olunub - FOTO









Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallları ilə təltif edilməsi haqqında sərəncamları daha iki jurnalistə şamil olunub.

dogruxeber.tv xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif edilən bir leytenant və bir baş leytenant da jurnalistdir.

Belə ki, Media Hüquqları İnstitutunun təmsilçisi, jurnalist Xalid Ağaliyev həm "Cəbrayılın azad olunmasına görə", həm də "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Leytenant Xalid Ağaliyev Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə xidmət edir.

X.Ağalıyev ali təhsilini BDU-nun Hüquq fakültəsində alıb. Bir neçə qəzetdə müxbir işləyib. Sonra jurnalistlərin maarifləndirilməsi, informasiya azadlığı və media qanunvericiliyinin inkişafı ilə bağlı layihələrdə çalışıb. "Gün işığı bələdçisi" və "Media etikası" kitablarının həmmüəllifidir. Hazırda Media Hüquqları İnstitutunun təmsilçisidir.

***

Prezidentin dünənki sərəncamı əsasında "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunum baş leytenant Mail Əsgərov da jurnalistdir. O, ARB24 telekanalının əməkdaşıdır.

M.Əsgərov sentyabrın 30-da müharibəyə gedib. Füzuli istiqamətində döyüşlərə qatılıb. 15 gün burada gedən ağır döyüşlərdə iştirak edib. Sonra düşmənin atdığı minamyot mərmisinin partlaması nəticəsində iki yerdən yaralanıb və təcili olaraq arxada yerləşən Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakıya aparılıb.

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə iştirak edib.

40 gün xəstəxanada müalicə alandan sonra evə buraxılıb.sonxeber.az
Daha iki döyüşən jurnalist medalla təltif olunub - FOTO

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər