Azad olunan topaqlarda hər evə 12 sot... – Bununla nə etmək olar?

dogruxeber.tv: - "Belə büşa düşülür ki, hər bir evə ayrlacaq 12 sot torpaq həyətyanı evlər üçündür”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin "işğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq” fikirini şərh edərkən deyib. Ekspert hesab edir ki, kənd təsərrüfatı ilə məşğul olmaq, özünü dolandırmaq, müəyyən istehsalı artıraraq aqrar sektorda 12 sotda mümkün deyil:

"Əslində bu, hektarlarla olmalıdır. Birinci torpaq islahatında ən böyük səhvlərdən biri vətəndaşlara kiçik pay torpaqlarının ayrılması və onların da birləşib iri təsərrüfatlar yarada bilməməsi oldu. Bir müddətdən sonra həmin torpaqlar pullu insanlar və məmurların əlinə keçdi. İndi də eyni yanaşma olmasın deyə ancaq vətəndaşlara həyətyanı sahələrin 12 sot ayrılması nəzərdə tutulur. Kimsə heyvandarlıqla məşğul ola bilər, bir tövlə tikə bilər və yaxud da kiçik bağ sala bilər və s. Amma kənd təsərrüfatı ilə məğul olmaq üçün böyük aqrar komplekslər lazımdır”.

Natiq Cəfərlinin fikirincə, torpağın mülkiyyət məsələsi işğaldan azad olunmuş ərazilərimizdə çox ciddi müzakirə olunmalıdır:

"Çünki orada yüz min hektarlarla torpaq var, onların bölgüsü necə aparılacaq, bununla bağlı heç müzakirə də yoxdur, söhbət ancaq həyətyanı sahədən gedir. Əgər biz orada aqrar sektoru ciddi şəkildə inkişaf etdirmək istəyiriksə, onlarla hektar əkin ərazisi olan fermer təsərrüfatları olmalıdır. Fermer təsərrüfatları kimin olacaq, torpaqlar necə satılacaq, necə rəsmiləşdiriləcək, kimin balansında olacaq, dövlətinmi əlində qalacaq və s. bütün bunlarla bağlı müzakirələr belə başlamayıb”.

Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev mətbuata açıqlamasında bildirib ki, Qarabağ bölgəsi işğal altında olduğu üçün indiyə kimi həmin ərazilərdə torpaq islahatı aparmaq mümkün olmayıb. Deputat "artıq bununla bağlı işlərə başlanıb. İşğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot torpaq ayrılacaq”,- deyə bildirib.

Son xəbərlər

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Bütün xəbərlər