“Oğlum şəhid olanda gəlmədi, indi “şəhid atası” statusu alıb, bizə verilən pulu mənimsəyir...” - NARAZILIQ!

dogruxeber.tv: - “Mən 2000-ci ildə həyat yoldaşım Eldəniz Abbasovla ailə həyatı qurub, 2019-cu ildə ayrılmışam. 2001-ildə şəhid olan oğlum Möhlət, 2003-cü ildə isə o biri övladım dünyaya gəlib. Hansı qadın dayandığı yerdə evini dağıtmaq istəyərdi ki? İçki aludəçisi idi, oğlumu içki almaq üçün məcburi dükana göndərirdi, başımı divara vururdu, uşaqların yanında əxlaqsız söyüşlər söyürdü. Ayrılmazdan 3 il öncə də evə gəlib-getmirdi, hazırda yaşadığı qadının yanında qalırdı. Mənim oğlum şəhid olanda onun yas mərasimini yaşadığımız Gəncə şəhəri, Çiçək qəsəbəsində yox, dayım oğlunun yaşadığı Daşkəsəndə rayonunda verdik. İstəmədim ki, bu sınıq-salxaq evimi ictimailəşdirim, abır-həya etdim. Bir müddət sonra mənə bir video gəstərdilər ki, Elçin Ləmbəranski Binə, Südçülük savxozuna gedib və bir video çəkib ki, şəhid ailəsi burada acınacaqlı şəraitdə yaşayır. Həmin ev ki, ayrıldığım yoldaşım orada indiki ailəsi ilə yaşayır. Bu videonu mənə göstərəndə bir daha ölüb-dirildim, ikinci zərbəni bir də aldım. Bu ata bir dəfə də övladları ilə maraqlanmayıb, aliment verməyib, hətta inzibati həbsi var. Məhkəmə nənə və babanın təqaüdündən övladlarımın hərəsinə 40 manat pul kəsmişdi. İki oğlumu təkbaşına o daxmada böyütmüşəm. Oğlum şəhid olanda belə yoldaşım gəlmədi, yasda iştirak etmədi, indi amma Binədə, Südçülük savxozunda yaşadığı evin vəziyyətini göstərərək deyir ki, şəhid bu evdə yaşayıb! Oğlum bir dəfə də o evdə yaşamayıb. O ev 13-14 il övladını atıb gedən, dövlətdən gizlənən “atacığın” evidir. Oğlumun adından istifadə edir, hətta aylıq verilən 500 manatın 250-sini öz adına keçirib. Gedib saxta yollarla özünə “şəhid atası” statusu alıb. Bu nə özbaşnalıqdır?! Aidiyyatı qurumlar, bir əllərini vicdanınıza qoyun da”

Bunu Moderator.az-a şəhid Möhlət Abbasovun anası Cəfərova Qönçə deyib. O daha sonra problemi daha ətraflı bizə nəql edib.

“Çox xahiş edirəm ki, bu məsələni işıqlandırmaqda, tapdanan haqqımın, hüququmun geri qaytarılmasında mənə köməklik edəsiniz. Şəhid Gəncə şəhəri, Sevinc qəsəbəsi, 8-ci küçədə yaşayıb. Bu videoya görə Elçin Ləmbəranskini qınamıram, bircə ona görə pis oluram ki, məsələni araşdırmadan yayıb. Heç olmasa bir dəfə qonşulardan soruşardı ki, şəhidi bu küçədə kim görüb? Ata olan şəxsin övladı ilə bir fotosu da olmayıb!

ata sevgisi görməyib! Hətta oğlumun komandiri deyir ki, Möhlət bir dəfə atasına zəng etdi ki, ata, anama zəng etməyə üzüm yoxdur, mənə 10 manat pul göndər. Ata olan bəndə, içkiyə pul tapan “ata” uşağa deyib ki, mənim pulum yoxdur! İçki aludəçisi olan bir ataya necə şəhid atası statusu verilə bilər axı?! Bu hansı haqqa-hüquqa sığır?! Ata gedib Tovuz rayonunda şəhidlik statusu alıb. Orada ondan heç soruşmayıblarmı sən oğlunu neçə ildir görmürsən?! Hansı yolla “şəhid atası” statusunu alıbsa bunu bilmirəm! Mən bunu haqq-ədalətin tərəzisinə qoyuram. Hansı ağır gəlirsə onu mənə versinlər! Ata bizə ev də qoyub getməyib ki, deyim üstümüzdə az da olsa haqqı var. Bu daxmanı da qardaşım və oğlanlarımla sırğalarımı satıb, torpaq sahəsi alıb, özüm tikdirmişəm. Bizim hamamımız olmayıb, mən şəhid övladımı dəmir vannanın içində çimizdirmişəm.

Gəncə şəhər İcra Hakimiyyətindən oğlum şəhid olanda 2 dəfə gəliblər, daha sonra onların üzlərini görməmişəm! Özüm də tez-tez gedib narahat etməmişəm, istəməmişəm desinlər ki, şəhid anasıdır, yollarda qalıb. Bəzən hardansa yardım gətirirlər. Karopkaları açıb baxırıq ki, vaxtı keçmiş yağ və makaronları doldurub gətiriblər. Özüm yoxsul, kasıb ola bilərəm, amma ürəyim dünyalar qədər varlıdır. Gəlin mənə əliboş dəyin, elə əlidolu gəlmiş kimisiniz! Şəhid anası qürurlu olur, 1 çörəyi 3-4 gün yeyərəm, amma heç kimə demərəm ki, gətir mənə nəsə ver. Mən sadəcə onu istəyirəm ki, oğlumun ruhunu incitməsinlər! Yoldaşımın indiki həyat yoldaşı, qeyri-rəsmi yaşadığı, nigahı olmayan qadın mənə deyir ki, Allah sənə dağ çəkib, biz də sənə belə dağ çəkirik! 250 manatı alıb-yeyirik, üstündən də su içirik” deyə şəhid anası bildirib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər