Milyonları müsadirə olunan deputatdan İLGİNC GEDİŞ - Çingiz Abdullayevin müdafiəsinə qalxdı

dogruxeber.tv: - Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkələrdə tənqidlərə tuş gələn Yazıçılar Birliyi sədrinin 1-ci müavini, Xalq yazıçısı Çingiz Abdullayevi müdafiə edib.

Modern.az-ın məlumatına görə, deputat bəzi media orqanlarında və sosial şəbəkələrdə Çingiz Abdullayev barəsində yazılan tənqidləri yazıçıya qarşı aparılan qarayaxma kampaniyası adlandırıb:

“Ömründə Çingiz Abdullayevin bir kitabını belə oxumamış bəzi adamların Azərbaycanın müasir mədəniyyətində silinməz iz qoymuş böyük bir şəxsiyyət haqqında bu qədər qərəzli danışması hörmətli ədibimizə qarşı bədxah insanlar tərəfindən məqsədli şəkildə qaralama kampaniyasının təşkil olunduğundan xəbər verir. Bu üzdəniraq kampaniya öz ölkəsi ilə fəxr edən hər bir azərbaycanlının qəlbində onu təşkil edənlərə qarşı yalnız ikrah və nifrət hissləri yarada bilər.

Birincisi, Çingiz Abdullayevin çıxışında Azərbaycan cəmiyyətini incidə biləcək və ya cəmiyyətin hər hansı bir üzvünün heysiyyətinə toxuna biləcək bir söz belə yoxdur. Çingiz Abdullayev həqiqəti söyləyib və həqiqət kimi isə narahat edirsə onun həqiqətə qarşı təşkil etdiyi kampaniya da cəmiyyəti bir o qədər narahat etməlidir.

İkincisi, Çingiz Abdullayev çağdaş Azərbaycan ədəbiyyatının, bütövlükdə milli müasir mədəniyyətimizin dünya miqyasında parlayan bir ulduzudur. Çingiz Abdullayevə atılan şər-böhtan hər bir azərbaycanlının şərəfinə və qüruruna atılan ləkə kimi qəbul olunmalıdır. Çingiz Abdullayevə qarşı düzənlənən hər bir hücum çağdaş mədəniyyətimizə qarşı təcavüz cəhdi kimi başa düşülməlidir. Dünya miqyaslı bir ziyalımıza yönəlmiş qərəzli hücumların qarşısında durmaq isə xalq və millət olaraq olaraq gələcək nəsillərimizə ötürə biləcəyimiz dəyərli bir örnəyi və qiymətli bir mirası qorumaq deməkdir. Nizamini, Nəsimini, Füzulini, Axundzadəni, Cavidi, Vurğunu, Vahabzadəni və adlarını çəkə biləcəyimiz yüzlərlə digər fikir və söz sahiblərimizi qoruduğumuz kimi Çingiz Abdullayevi də bədxahların şərindən qorumağı bacarmalıyıq. Zehni və əqidəsi ilə, əməyi və uğurları ilə, Vətən sevgisi və fədakarlığı ilə böyük sayılanlar xalqın və millətin övladlarıdır. Millət öz böyük övladlarına sahib çıxmağı bacarmalıdır.

Çingiz Abdullayev Azərbaycan cəmiyyəti üçün, bu günün və gələcəyin Azərbaycanlıları üçün əvəzsiz bir mədəni dəyər olmaqla milli qürur mənbəyimizdir. Mədəni dəyərlərimizi və milli qürurumuzu qorumaq isə hər birimizin mənəvi borcumuzdur!”.

Xatırladaq ki, Çingiz Abdullayev bir neçə gün öncə Birinci Qarabağ Müharibəsi barədə verdiyi açıqlamaya görə qınanılıb. Bu açıqlamasında o, Birinci Qarabağ Müharibəsi zamanı ermənilərin sovet qoşunlarının gücü ilə torpaqlarımızı işğal etdiyini bildirmişdi. Çıxış edərkən "Birinci Qarabağ Müharibəsi olmayıb" ifadəsi işlədən yazıçı sonradan fikirlərinin səhv anlaşıldığını desə də, onu tənqid edənlər daha da çoxalıb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər