gundem / sou
5.11.2021
“Mənim üçün bu önəmli gecədə səhnə almaq məsuliyyətli və qürurverici idi”
dogruxeber.tv: - Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Açılışda rəsmilərlə bərabər sənətçilərimiz də iştirak edib.
Açılış mərasimində çıxış edən gənc ifaçı Günay İbrahimli təəssüratlarını Moderator.az-a bölüşüb:
“Mənim də Qlobal Bakı Forumunun açılışında çıxışım baş tutdu. Mənim üçün bu önəmli gecədə səhnə almaq, dünyada seçilmiş insanlarının qarşısında Azərbaycanın klassik mahnılarını ifa etmək çox özəl, məsuliyyətli və qürurverici idi. Azərbaycan klassik mahnılarını, dinləməkdən və ifa etməkdən zövq alıram. Təbii ki, belə əsərləri ifa etmək də məndə ciddi məsuliyyət hissi yaradır. Dünən baş tutan gecədə 4 mahnı ifa etdim. Dəvət üçün bir daha təşəkkürümü bildirirəm. Çox istərdim ki, belə tədbirlər tez-tez keçirilsin”.


