Onu hamı tanıyır... Bakıda da, Gəncədə də...

dogruxeber.tv: - Ötən il bu vaxt gözlər cəbhəyə dikilmişdi. Hər kəs nəfəsini çəkib, həyəcanla ölkə başçısının açıqlamalarını gözləyir və qəhrəman ordumuzun irəliləyişini izləyirdi. Digər tərəfdən erməni terrorçularının dinc əhaliyə qarşı hücumları səngimirdi. Oktyabrın 11-də gecə saat 2... Gəncə şəhərinə atılan raket çox sayda evi dağıtdı. Bu hava hücumu zamanı 10 nəfər şəhid oldu və 34 nəfər yaralandı. Terrorçular Azərbaycan xalqının iradəsindən, gücündən xəbərsiz idi. Azərbaycan xalqı itkilər bahasında da olsa, qarşısındakı məqsədə çatacaq, torpaqları işğaldan azad edəcəkdi.
Gəncəyə atılan raket balaca Bəxtiyarın yaşadığı evi də dağıtmışdı. Onu yaralı halda dayısı çıxarmışdı. Üzü-gözü qan içində olmasına baxmayaraq, gülümsəməsi balaca Bəxtiyarı Qarabağ müharibəsinin simvoluna çevirdi. Körpədir, 5 yaşı var. Hələ heç nə bilmirdi, hələ ölümün nə olduğunu anlamırdı. Qorxusuz idi Bəxtiyar.

Bəxtiyarın dayısı Miri Ali həmin günü belə xatırlayır: "Gecə saat 2-yə qalırdı hadisə baş verəndə. Mən bacımgillə qonşuyam. Mənim evim də dağıldı. Tez özümü bacımgilə çatdırdım. Hər kəs içəridə qalmışdı. Çıxa bilmirdilər. Qapını qırıb içəri girdim. Bəxtiyar çox pis xəsarət almışdı. Qan axırdı üz-gözündən. Qucağıma alıb Təcili Yardım avtomobilinə yerləşdirdim. Kənardan baxanda gördüm ki, kamera çəkir və Bəxtiyar qan içində olmasına baxmayaraq gülümsünürdü".

Miri Ali deyir ki, "Bəxtiyarın o gülüşü bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı balacadan-böyüyə heç nədən qorxmayan xalqdı. Üzü-gözü qan içində olmasına, yaralı olmasına baxmayaraq Bəxtiyar gülümsünürdü. Ermənistanın acizliyinə, qorxaqlığına, xainliyinə gülümsünürdü. Sanki demək istəyirdi ki, "sizin gücünüz elə budur. Dinc əhalini gecə yatağında ikən öldürməyə cəhd etmək, öldürmək..."

Dayısı Bəxtiyarın gülən üzünü görəndə sevinmişdi, necə olduğunu soruşanda "yaxşıyam" deməsi bir qədər də sakitləşdirmişdi Mirini.

"Bəxtiyar həmin günü heç vaxt unutmaz, unuda bilməz. Biz qoymarıq unutsun. Çünki o, düşmənini tanımalıdır. Bu gün Bəxtiyardan "böyüyəndə kim olacaqsan?" soruşanda düşünmədən "Mən Polad Həşimov olacağam" deyir" - deyə Miri Bəxtiyar haqqında danışır.

Artıq Bəxtiyar məktəbə gedir. Hamı onu "balaca qəhrəman" deyə tanıyır. O da hər kəsə böyüyəndə Polad Həşimov olacağını bildirir.

"Onu hamı tanıyır. Bakıda da, Gəncədə də. Hamı görən kimi onunla şəkil çəkdirir. Düzdür, gərək bunu yaşamayaydıq. Qonşularımız şəhid oldu, minlərlə şəhid verdik. Amma sevinirik ki, müharbə qələbə ilə sona çatdı. Və sevinirəm ki, 44 günlük müharibənin simvolu Bəxtiyar oldu" - deyə dayısı danışır.

Bəli, bu gün sosial şəbəkələrdə Bəxtiyar Heydərli ilə general Polad Həşimovun şəklini birləşdirərək, müharibə simvolu kimi təqdim edilir. İnsan nə keçmişini, nə də gələcəyini unutmamalıdır. Bəxtiyar da unutmayacaq, nə yaşadıqlarını, nə bunu ona yaşadanları.

İllər keçəcək, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyat canlanacaq. Bəxtiyar da böyüyəcək. Ancaq onun qanlar içində gülümsünən üzü heç bir zaman yaddaşlardan silinməyəcək.

Bax, namərd düşmən biz buyuq, biz sənin qarşından qaçmırıq. Bizim körpələrimiz belə, qan içində gülümsəməyi bacarır. Şəhid verə bilərik, göz yaşlarımıza boğula bilərk, amma sənin qarşında əyilmərik! Bizimyol.info

Onu hamı tanıyır... Bakıda da, Gəncədə də...

Oxunub: 454

Son xəbərlər

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Bütün xəbərlər