“Hanı kürü, hanı balıqçılıq?..” - Ekspertdən deputatın sualına reaksiya

dogruxeber.tv: - "Hökumət bu işin mahiyyətini bilmir. Bilmədiyi üçün də nəinki bu sahədə irəliləyişə nail olmaq, əksinə bu işlə məşğul olmaq istəyən özəl sahibkarlara problemlər yaradırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deputat Tahir Kərimlinin Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olması ilə bağlı fikirlərinə münasibətində deyib. Ekspert bu sahənin dövlət məmurları tərəfindən ələ keçirildiyini vurğulayıb:

"Suyu, gölləri ələ keçiriblər. Bundan əlavə, sudan israfsızcasına istifadə edir və orada ekstensiv yolla balıq istehsalı ilə məşğul olurlar. Bu da sahənin inkişafına əngəl olur. Bununla bağlı biz ciddi araşdırma apardıq. Bu sahə üzrə Amerikadan mütəxəsis gəldi, İsraildən isə yardımlar edildi. İndi Xəzərdə, bütün okeanlarda get-gedə balıqların həcmi azalır”.

Vahid Məhərrəmli bunun səbəbini qlobal iqlim dəyişikliyi, xəstəliklərin geniş yayılması ilə əlaqələndirib:

"Bunun əvəzində əksər ölkələr özünün balıq və balıq məhsullarına olan tələbatını 70% göl balıqçılığı hesabına ödəyir. Burada problem nədədir? Problem odur ki, hökumət bu sahəyə diqqət ayırmır. Bu sahədə monopoliya yaradıblar, yüksək məmurlar, onlara yaxın olan adamlar gölləri ələ keçiriblər. Onlar da çalışırlar ki, sahənin genişləndirilməsi hesabına məhsul istehsalını azaltsınlar. Bu da imkan vermir ki, balığa olan təlabatımızı daxili istehsal hesabına ödəyə bilək. Ümumdünya Səhiyyə Təşkilatının il ərzində adambaşına norması 21 kloqramdır. Əksər dünya ölkələri isə norma və normadan artıq istehlak edirlər. Azərbaycanda isə il ərzində 7 kloqram adambışna balıq istehlak edilir”.

Ekspert bununla bağlı hökumətə təkliflər verildiyini də önə çəkib:

"Bildirdik ki, torpaq sahələri əkin üçün yararsız olan yerlərdə göl balıqçılığına şərait yaradılsın. Kim balıq təsərrüfatı yaratmaq istəyirsə, ona imkan verilsin. Burada isə bu işi məmurlar öz əllərindən keçirirlər. Məmurlar da bu işin öhdəsindən gələ bilmirlər. Balıqların intensiz yemlənməsi üçün çox ciddi işlər görmək lazımdır. Balıqçılığın inkişafı ilə bağlı müasir tipli göllər yaradılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu deyib. Deputat "Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?”-deyə bildirib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər