Binalarımızın altındakı BOMBALAR - Zirzəmilər kimlərə və necə kirayə verilir?

dogruxeber.tv: - Azərbaycanda, o cümlədən də paytaxt Bakıda bir çox yaşayış binalarının zirzəmilərində müxtəlif obyektlər – ayaqqabı, lepka sexləri, tikiş evləri, kiçik marketlər və s. fəaliyyət göstərir ki, bu bəzən sakinlərin narazılığına səbəb olur. Xüsusilə yol kənarında tikilən binaların zirzəmiləri demək olar ki, boş qalmır.

Zirzəmilərdə obyektlərin fəaliyyət göstərməsi bina sakinləri, eləcə də obyektdə çalışanlar üçün təhlükəsizdirmi? Ümumiyyətlə zirzəmilər hansı əsaslarla kirayə verilir?

Bizim.Media mövzunu daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli ilə müzakirə edib. O, bildirib ki, istismara verilən binalarda zirzəmilər kooperativlərin əmlakı sayılır:

“Kooperativlər hər hansı bir təşkilat ilə müqavilə bağlayıb, zirzəmini icarə verərək, buradan qazanc əldə edə və həmin qazancı binanın istismar xərclərinə yönəldə bilərlər. Lakin burada bəzi məhdudiyyətlər var. Zirzəmiləri partlayış, yanğın təhlükəsi olan, səs-küy, qoxu yaranması kimi sakinlərin narahatlığına səbəb olacaq obyektlərə vermək qəti qadağandır. Ofis, hər hansı sakit bir fəaliyyət sahəsi kimi icarəyə verilə bilər”.

Ekspert qeyd edib ki, mənzilləri özəlləşdirilməyən və idarəetməyə götürülməyən binalarda isə zirzəmilər Mənzil İstismar İdarələrinin (MİS) balansındadır:

“MİS-lər də balanslarında olduğu müddətdə onlardan faydalana bilərlər. Onlar da sadalanan şərtlərlə zirzəmiləri icarəyə verə bilərlər”.

Zirzəmilərlə bağlı qoyulan şərtlərə reallıqda necə riayyət olunduğuna gəldikdə isə, ekspert şəxsi müşahidələrinə əsasən, şərtlərə əməl edənlərin etməyənlərdən daha çox olduğunu deyib.

Çoxsaylı olmasa da, hər halda zirzəmilərdə sakinləri narahat edən obyektlər mövcuddur və hesab olunur ki, bu kimi halların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumatda isə bildirilib ki, yenitikili binalarda zirzəmilərin kirayyə verilməsi MTK-ların, köhnə binalarda isə MİS-lərin balansındadır. Xidmət bu məsələyə hər hansı nəzarəti həyata keçirmir.

Təhlükəsizlik məsələlərinə isə Fövqaladə Hallar Nazirliyi nəzarət edir.

Fövqaladə Hallar Nazirliyi isə belə obyektlərdə qazdan istifadəni və hər hansı partlayış törədə bilən fəaliyyəti qadağan edir. Amma bir çox yerlərdə bu qaydalara tam əməl olunmur. Şəhərimizdə hələ də belə təhlükəli sayılan zirzəmi obyektləri mövcuddur. Ona görə də nəzarətin yenidən gücləndirilməsinə ehtiyac var.

Qeyd edək ki, Mənzil Məcəlləsinə görə, çoxmənzilli binanın ümumi əmlakı, o cümlədən də zirzəmiləri mülkiyyətçilərə məxsusdur.

Qeyd olunur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən, çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər