"Biz Rusiyanın sülhməramlı qüvvələrindən tam başqa bir şey gözləyirdik" - Ramaldanov

dogruxeber.tv: - Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti Azərbaycan cəmiyyətində narazılıq yaradıb. Sühməramlıların onlara verilmiş mandatdan tez-tez kənara çıxması, ermənilərin maraqlarına uyğun fəaliyyət göstərməsi bu kontingenti Azərbaycanda “arzuolunmaz qonaq”a çevirib. Onların ölkəni tərk etməsini tələb edənlərin sayı sürətlə artmaqdadır.

Cəmiyyət sülhməramlılardan narazı olmaqda haqlıdırmı? Rusiya sülhməramlılarının hansı hərəkəti maraqlarımıza uyğun deyil?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycan cəmiyyətinin Rusiya sülhməramlılarından tamam fərqli gözləntiləri vardı:

“Rusiya sühməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı çoxsaylı iradlar, narazılıqlar var. Və bu haqlı iradlar və narazılıqlardır. Ona görə ki, biz Rusiyanın sülhməramlı qüvvələrindən tam başqa bir şey gözləyirdik. Düşünürdük ki, onlar məhz öz qarşılarına qoyulan tapşırıqları Azərbaycan maraqlarına zidd olmayan şəkildə yerinə yetirəcəklər. Çünki onlar Azərbaycan ərazisində yerləşirlər.

Ümumiyyətlə, bir il ərzində gördük ki, Azərbaycanda yerləşən erməni millətindən olan ermənilər üçün heç bir təhlükə yoxdur. Ancaq orada olan və indiyənə qədər tərkisilah olunmayan separatçı silahlı qüvvələr mütəmadi olaraq atəşkəsi pozur, atəş açırlar. Buna bütün nəzarət və cavabdehlik Rusiya sülhməramlı qüvvələrdədir. Çünki o ərazilərdə baş verən hər hansı bir insident, qanun pozuntusu cinayətdir. Onlar cavab verməlidirlər”.

Polkovnikin sözlərinə görə, Qarabağda olan əlisilahlı ermənilər heç bir statusa malik deyil:

“İndiyə kimi Qarabağda mövcudluğunu qoruyan əlisilahlı ermənilər heç bir ststusa malik deyillər. Qanunsuz silah gəzdirirlər. Ermənilərin orada silahla gəzməsi, tərkisilah edilməməsi sülhməramlı qüvvələrin ən böyük nöqsanı sayıla bilər. Tərkisilah olunmayan bu qədər erməninin orada hansı məqsədlə qalması suallar doğurur. Əgər sülhməramlı qüvvələr onları tərkisilah etmirsə, onda kimin təhlükəsizliyini təmin edirlər? Suallar çoxdur, bunların hamısına cavab tapılmalıdır”.

Ş.Ramaldanov qeyd edib ki, erməni rəhbərliyi Azərbaycan ərazisinə nə qədər az gələrsə, insident də bir o qədər az olar:

“İndi Azərbaycanın müvafiq qurumları bu məsələnin üstündə çox ciddi işləyir. Bunun nəticəsini biz görürük. Azərbaycanın qələbə, zəfər çaldığı dövrdə Ermənistanın Müdafiə naziri rəsmi şəxs olaraq, həmin ərazilərə gəlib. Orada seperaçılarla görüşüb. Görüş zamanı o, Azərbaycanla dostluğa çağırışlar etməyib. Çünki Azərbaycanın maraqlarına görə ora gəlməyib. O Azərbaycan maraqlarına zidd olan tapşırıqlar vermək üçün gəlib.

Düşünürəm ki, nə qədər erməni rəhbərliyində olan vəzifəli şəxslər Azərbaycan ərazisinə az gələrsə, seperatçı rejimlə az insident olar. Bu Azərbaycan üçün xeyirli olar. Onların gəlməsinin heç bir xeyri yoxdur”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər