Azərbaycanda devalvasiya riskləri: - əcnəbilər nikbin, yerlilər narahatdır

dogruxeber.tv: - “Fitch Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycanda devalvasiya riskləri azalıb. Bununla belə, yerli analitiklər proqnozlardan ehtiyatlanırlar.

Agentlik cari əməliyyatlar balansında 0,5% defisitdən sonra Azərbaycanın 7,9% profisitə qayıdacağını açıqlayıb. Qurum xalis suveren aktivlərin 2020-ci ildəki 83,1%-dən 2023-cü ildə ÜDM-in 84,1%-nə yüksələcəyini proqnozlaşdırır.

Onlar, həmçinin əmindirlər ki, xarici balansın yaxşılaşdırılması və milli valyutanın məzənnəsinin 1 USD/1.7 AZN səviyyəsində saxlanılması devalvasiya risklərini azaldıb. Hesabat müəllifləri ilin sonuna Azərbaycanda orta illik inflyasiyanın 7,6% olacağına inanır və Mərkəzi Bankın uçot dərəcəsinin daha da artacağını proqnozlaşdırırlar.

Yerli analitiklərin fikrincə, bu gün devalvasiya üçün heç bir obyektiv səbəb yoxdur. Valyutamızın sabitliyindən danışan ekspertlər neftin bahalaşmasına istinad edirlər, lakin ölkənin əsas ixrac resursunun bahalaşması faktoru qeyri-stabildir.

Hüquqşünas və bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya deyib ki, manatın sabitliyini yalnız yaxın gələcək üçün proqnozlaşdırmaq olar: “Hazırda Azərbaycan valyutasının ucuzlaşması üçün heç bir obyektiv səbəb yoxdur. Gələcək perspektivlərə gəlincə, onlar proqnozlaşdırıla bilməz, çünki onlar dünya neft bazarlarındakı qiymətlərdən asılıdır”.

Buna əlavə etmək lazımdır ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci ildə neftə tələbat artımı proqnozunu sutkada 4,2 milyon barel ətrafında saxlayıb. Dünyada neft istehlakı böhrandan əvvəlki rəqəmi keçə bilər, bu barədə kartelin noyabr hesabatında deyilir.

Ancaq bu baxımdan heç də hər şey hamar deyil. Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft icmalının açıqlanmasından sonra etalon markalı xam neft qiymətləri aşağı düşüb. “S&P Global Platts” agentliyinin verdiyi məlumata görə, OPEC-in baş katibi Məhəmməd Barkindo deyib ki, dekabrda qlobal neft bazarında təklif defisitdən daha artıq olacaq.

“Bu, çox-çox diqqətli olmağımız üçün bir siqnaldır. Gələn il üçün rüblük proqnozlar göstərir ki, bazarda təklif çox ola bilər. Buna görə də biz aylıq olaraq qəbul edilən qərarlarda ifadə olunan ehtiyatlı bir yanaşma saxlamalıyıq”, - deyə Barkindo bildirib.

OPEC+ ölkələri tələbat azaldıqda, pandemiyanın başlanğıcında səviyyələri əhəmiyyətli dərəcədə aşağı saldıqdan sonra neft hasilatını artırmağı nəzərdən keçirmək üçün hər ay toplaşır. Əvvəlki plana görə, OPEC və digər on əsas neft hasil edən ölkə, ABŞ, Yaponiya və Hindistan kimi böyük istehlakçıların hasilatı daha da artırmaq üçün təzyiqlərinə baxmayaraq, avqust ayından etibarən hər ay hasilatı cəmi 400 min barel artırıb.

Yanvar artım tempi məsələsinə baxılacaq növbəti OPEC+ iclası dekabrın 2-də keçiriləcək. Yeri gəlmişkən, neft kartelinin nümayəndələrinin qorxuları neft qiymətləri ilə sıx bağlı olan valyutamızla əlaqəli də aktualdır.

İqtisadçı alim Qubad İbadoğlunun fikrincə, ölkədə valyuta satışına məhdudiyyətlərin Mərkəzi Bankın manatın sabitliyi perspektivinə inanması ilə heç bir əlaqəsi yoxdur: “Pul vahidimizin sabitliyi ilə bağlı bəyanatlara baxmayaraq, Azərbaycan Mərkəzi Bankı orta və uzunmüddətli perspektivdə devalvasiya risklərinin qaldığını nəzərə alaraq, dollar satışına qoyulmuş qeyri-rəsmi məhdudiyyətləri aradan qaldırmağa tələsmir”.

“Bundan əlavə, əsas ticarət tərəfdaşlarımız - Türkiyə və Rusiyanın milli valyutalarının volatilliyi fonunda manatın sabitliyi nisbidir və yalnız ABŞ dollarına aiddir. Bu vəziyyət, digər məsələlərlə yanaşı, manatın tənzimləyici funksiyasından istifadəni məhdudlaşdırır, inflyasiya idxalını stimullaşdırır, bahalı idxal əməliyyatlarını həvəsləndirir”, - deyə ekspert düşünür.

Dünya bazarındakı volatilliyi nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının ölkənin valyuta bazarını tədricən liberallaşdırması məqsədəuyğundur. Bunu isə Milli Məclis üzvü Vüqar Bayramov deyib. Onun fikrincə, liberal valyuta bazarı dünya bazarlarında yeni dalğalanmaların risklərini nəzərə alaraq uzunmüddətli perspektiv üçün daha sığortalanmış hesab olunur.//dia.az

Oxunub: 446

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər