“Bizi işdən çıxarıb 6 aylıq maaşımızı vermirlər” - “Space”dən növbəti narazılıq

dogruxeber.tv: - “Space TV”nin keçmiş əməkdaşı, radio aparıcısı və prodüser Anar Nəbi sözügedən telekanaldan altı aylıq maaşını ala bilmədiyini deyir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən A.Nəbinin sözlərinə görə, telekanaldan iyun 21-də iki aylıq ödənişsiz məzuniyyətə göndərilmək adı ilə işdən çıxarılıb.

Şikayətçi bildirib ki, həmin ərəfədə “Space”dən onunla bərabər 13 nəfər məcburi işdən azad edilib: “Bizə dedilər ki, yeni mövsümdə sizi yenidən işə götürəcəyik, oktyabrın 15-nə kimi isə bütün maaşlarınız ödəniləcək. Bizi aldatdılar. Belə olmaz axı. Birinin evdə xəstəsi var, digərinin öz problemləri və sairə. Özüm I qrup gözdən əliləm. Şirkət tək mənə 6 aylıq maaşımı verməlidir, bu da ümumilikdə 1920 manat edir”.

Aparıcı əlavə edib ki, 2-3 aydan bir cəmi bir aylıq maaşları ödənilir: “Bunun da çoxu sosial ödənişlərə gedir. Çünki telekanal heç vaxt bu ödənişləri özü etməyib, hamısı cibimizdən çıxıb”.

8 il “Space TV”də çalışan A. Nəbi deyib ki, 20 ilə yaxın stajı olan əməkdaşlar da işdən çıxarılıb: “Şirkətin onlara olan borcu mənimkindən də çoxdur”.

Məsələ ilə bağlı “Space TV”nin prezidenti Müşfiq Hətəmovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, rəhbərliyə gəldiyi dövrdən bəri şirkətin heç bir əməkdaşına borcu yoxdur: “Köhnə borclara gəldikdə isə, bu, bizi də narahat edir. Onların bir qismini ödəmişik, qalan hissəsi də ödəniləcək”.

Əməkdaşların işdən çıxarılmasına münasibət bildirən Hətəmov deyib ki, bu, radioda gedən yenilənmələrlə əlaqədardır: “Radio yenidən qurulur. Hazırda efirdə yalnız musiqi və xəbərləri dinləmək mümkündür. Əməkdaşların işə qaytarılması məsələsinə yenidən baxılacaq”.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər