“Sosial Xidmətlər Agentliyi”nin sosialyönümsüz xidmətləri-NONSES

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibləri məlum olub.
dogruxeber.tv : - Nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi, ehtiyat hissələrinin satın alınmas və abadlıq xidmətləri üzrə elan olunan müsabiqələrin qalibləri "MY AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Lotus Co" QSC olub.

"MY AUTO" MMC “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin sifarişi ilə nəqliyyat vastələrinin təmiri və ehtiyat hissələrinin alınmasını həyata keçirəcək və qarşılığında 23020 manat alacaq.

"Lotus Co" QSC isə “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin sifarişi ilə sosial xidmət müəssisələrində abadlıq xidmətlərini həyata keçirəcək və qarşılığında 29985 manat alacaq

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və görüləcək işlərin həcmi haqqında məlumat verilmədən...(?) “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi "MY AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Lotus Co" QSC-ni seçib və toplam 53000 manatdan artıq büdcə vəsaitini etibar edib.

“Sosial Xidmətlər Agentliyi”Publik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğuları baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki?

***
İnernet üzərindən araşdırmalarımızla məlum oldu ki, "MY AUTO SERVICE MMC" Məhdud Məsuliyyətli Cəmiyyəti 8 Yanvar 2018-ci il tarixdə qeydiyyata alınıb və hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV ev 8A m.7. Nizamnamə kapitalı 100 manatdır, qanuni təmsilçisi isə Xaspoladov İlqar Yaşar oğludur.

Qeyd edək ki, “Lotus Co” QSC isə 2017-ci ilin avqustunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, sahibi Seymur Məmməd oğlu Cəfərovdur. Nizamnamə kapitalı 2010.00 manat olan şirkətin ofisi Bakıda yerləşir (Nəsimi rayonu, Mir Cəlal 4 Mkr, ev 60, m 89). Bu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sevimli tərəfdaşlarındandır... Google üzərindən bir axtarış kifayətdir ki, tərəflərin əməkdaşlığı ilə bağlı “N”dənə nümunə ilə rastlaşasan. Hətta bu şirkətin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məxsusluğunu iddia edənlər də var.

“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin toplam 53000 manatdan artıq büdcə vsaitini etibar etdiyi bu şirktlərin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün olmadı(?)

Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsdən bu və digər suallarımıza aydınlıq gətirilməsini istəsək də, olmadı. Təşkilatın rəhbəri hörmətli Vüqar Behbudova ünvanladığımız online sorğu hələ də, cavabsız qalmaqdadır(?) (Yenixeber.org)

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər