Gəlirimiz artıb, yoxsa pullar "yastıq altından" çıxır? - NƏ BAŞ VERİR?

dogruxeber.tv: - Əhalinin banklardakı əmanətlərinin həcmində ötən illə müqayisədə artım qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,9 faiz, oktyabr ayı ərzində isə 49 300 000 manat məbləğində artıb.

Onların əmanətlərinin 56,7 faizi milli valyutada, 43,3 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi oktyabr ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Bəs bu artımların səbəbi nədir? Əhalinin gəlirləri artıb, yoxsa banklara etibar yenidən bərpa olunur? Əhali niyə manat əmanətlərinə maraq göstərir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, ötən illə müqayisədə bu il əmanətlərin həcminin artması pandemiya ilə bağlı məsələdir:

“Ötən il pandemiyanın pik dövrünü yaşayırdıq. Ona görə də əhalinin bir hissəsi əmanətlərini banklardan geri çəkirdir. Yumşalmalardan sonra isə artıq çəkilən əmanətlərin bir hissəsi yenidən banklara qayıtdı və o artım məhz bununla bağlıdır”.

Əkrəm Həsənov əlavə edib ki, oktyabr ayı üzrə olan artımın səbəbi isə dünya bazarında neft qiymətlərinin bahalaşması olub:

“Payız aylarında artıq məlum oldu ki, bazarda neft bahalaşacaq. Bu isə manatın mövqeyini gücləndirən əsas amildir. Digər tərəfdən banklar dollar əmanətlərinə çox aşağı faiz təklif edir.

Manat əmanətlərinin faizi isə yüksəkdir. Ona görə də əhali dollarla deyil, məhz manat əmanətlərinə üstünlük verir. Amma bu, hələ banklara etimadın bərpa olunduğunu deməyə əsas vermir. Əgər bu artımlar tendensiya halını alarsa, ancaq o zaman banklara etimadın artığını demək olar”.

Son xəbərlər

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

Bütün xəbərlər