Mərkəzi Bank manatı “üzən məzənnə”yə keçirərsə: - İqtisadçılar danışır

"dogruxeber.tv" bildirir ki, son vaxtlar ilin axırına qədər Mərkəzi Bank tərəfindən manatda “üzən məzənnə”yə keçiləcəyi ilə bağlı fikirlər səslənir.

Bəzi mütəxəssislər qarşıdakı dövrdə bunun reallaşmasının mümkün olmadığını, eləcə də bunun tətbiqinin müsbət və mənfi tərəflərinin olduğunu deyirlər.

“Üzən məzənnə”yə keçildiyi təqdirdə manat nə qədər dəyər itirə bilər? Ümumiyyətlə, “üzən məzənnə” tətbiq edilərsə, manatın sabit dəyəri hansı səviyyədə formalaşa bilər?

Millət vəkili Azər Badamov Cebhe.info-ya bununla bağlı açıqlamasında bildirdi ki, Mərkəzi Bankın “üzən məzənnə”yə keçəcəyinə inanmır:

"Çünki Milli Bankın açıqlamalarında 2022-ci ildə də Azərbaycan manatının öz dayanıqlığını qoruyub saxlayacağı haqqında məlumatlar verilir. Məhz Mərkəzi Bankın apardığı maliyyə- kredit siyasəti sayəsində manatımız öz gücünü saxlayır və tənzimlənir. Ona görə də düşünmürəm ki, Mərkəzi Bank manatın məzənnəsini sərbəst buraxsın. Əgər “üzən məzənnə”yə keçilərsə, bunun müsbət və mənfi tərəfləri də ola bilər. Müsbət tərəfləri odur ki, iqtisadiyyatın inkişafına öz təsirini göstərəcək, idxal-ixrac proseslərinin tənzimlənməsində manatın təsir gücü artacaq və daha da çox ixracın artmasına öz təsirini göstərəcək.

Ancaq bu, həm də manatın bir qədər inflyasiyasına gətirib çıxaracaq və insanların sosial rifahına da təsirsiz ötüşməyəcək. Ona görə də Mərkəzi Bank hələ ki, mövcud resurslarla manatın məzənnəsini tənzimləyir və sabit saxlayır. Eləcə də Mərkəzi Bankın və ölkəmizin strateji valyuta ehtiyatlarının gücü çatır ki, manat sabit saxlanılsın. Əsas gəlir mənbəyimiz olan neft dövlət büdcəsində müəyyənləşdiriləndən yüksək qiymətə satılır. Bu da ölkəmizə əlavə valyuta daxil olmasını şərtləndirir. Ona görə də düşünürəm ki, Mərkəzi Bank manatın “üzən məzənnə” siyasətinə yönəldilməsinə ehtiyac görmür".

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə bildirdi ki, iqtisadiyyatın inkişafı ilə bağlı strateji yol xəritəsində elan olunduğu kimi “üzən məzənnə”yə keçid prioritet olsa da, hələ təsdiq olunmuş bir məzənnə ilə gedilir:

"Hazırda Azərbaycanda dolların məzənnəsi tənzimlənir.O cümlədən də büdcə sənədlərində təsdiq olunduqda növbəti il üçün 1 dollar 1 manat 70 qəpik qarşılığında qalır. Son dövrlər ölkədə dolların alışında müşahidə edilən artımla bağlı bir sıra amillər öz təsirini göstərir. Onlardan biri də odur ki, son dövrlər Türkiyədə lirənin ucuzlaşması əhalidə yalnış fikir formalaşdırır. Düşünürlər ki, lirə ucuzlaşdısa, bu, manatın da ucuzlaşmasına gətirib çıxara bilər. Ancaq belə bir amil yoxdur, yəni lirə ilə manatın qarşılıqlı təsiri yoxdur. Ona görə də insanlar daha çox əllərində olan vəsaitləri dollara çevirməyə çalışırlar. Bu gün əhalidə olan manatın həcmi o dərəcə də deyil ki, devalvasiyaya gətirib çıxarsın.

Devalvasiya dövlət, iqtisadiyyatın proqnozlaşdırılması, investisya üçün səmərəli sayılmır. Ona görə də belə bir təsirlər olduğu zaman pul-kredit siyasəti vasitəsilə bu və ya digər şəkildə həllinə çalışılacaq. “Üzən məzənnə”yə keçilməsi yaxın günlərdə gözlənilmir. Hələ ki, təsdiq olunmuş məzənnə üzərində fəaliyyət gedir. Elan olunsa ki, “üzən məzənnə”dir, bu və ya digər şəkildə dövlətin tənzimlənmə siyasəti kimi adlandırılsa da, daha çox təsdiq olunmuş məzənnədir. Bu, sadəcə olaraq təzyiqi artırır. Ancaq bu təzyiqə reaksiya ondan ibarətdir ki, məzənnə olduğu kimi saxlanılsın".

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər