Qarabağdakı erməni “bayraqlar”ı yığışdırılır... - Azərbaycan Soçidə hansı tələbi qoyub?

Dünəndən etibarən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçı rejimin əski parçası və Ermənistanın dövlət bayraqları yığışdırılır.
"DogruXber.az" JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “168 saat” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Şuşa şəhəri yaxınlığında, Qırımızı Bazar qəsəbəsində, habelə separatçıların silahlı dəstələrinin dayandıqları mövqelərdə qaldırılmış bütün əski parçaları və Ermənistan bayraqlarının yığışdırılması barədə göstəriş verilib.

Qəzetin yazdığına görə, Şuşa şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində isə separatçılar bu addımı atmaqdan imtina ediblər. Lakin Azərbaycan tərəfinin qısa müdaxiləsindən sonra əski parçaları yığışdırılıb.

Ermənistan hökumətindəki mənbələr bildirib ki, belə bir tələb Azərbaycan tərəfindən qoyulub. Belə ki, Soçidə keçirilən görüşdə Azərbaycan prezidenti tələb edib ki, Qarabağ ərazisindəki bütün Ermənistan bayraqları və separatçıların əski parçaları yığışdırılmalıdır. Əkls təqdirdə, həmin mövqelər atəşə tutulacaq, postlara müdaxilə ediləcək və bayraqlar oradan zorla çıxarılaraq. Ermənistan hakimiyyətinin göstərişi ilə həmin görüşdən dərhal sonra Ermənistan bayraqları və separatçıların əski parçaları Qarabağdakı mövqelərdən endirilib.

Oxunub: 386

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər