ERMƏNİSTAN RUS DİLİNDƏN TAM İMTİNA EDİR? - Rus dilində lövhələr də yığışdırılır...






dogruxeber.tv: - Ermənistan bir tərəfdən “ətəyindən bərk-bərk yapışaraq”, qarşısında diz çökdüyü əsas havadarı olan Rusiyaya yarınmağa, digər tərəfdən də özünün Rusiyaya, ruslara və rus dilinə gerçək münasibətini göstərən addımlar atmağa davam edir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında İrəvan metropolitenindən rus dilində yazılmış lövhələrin yığışdırılmasına dair məlumatrlar yer alıb. Həmin məlumatlarda deyilir ki, artıq bir neçə gündür İrəvan metrosunun stansiyalarında rus dilində yazılmış bütün lövhələrin sökülməsinə başlanılıb.

Əgər indiyə qədər stansiyaların, eləcə də onların çıxışları olan küçələrin adlarını və digər məlumatları özündə əks etdirən lövhələr erməni, rus və ingilis dilində yazılırdısa, artıq onların üzərindəki yazılar yalnız erməni və ingilis dilində olacaq. Məlumatda deyilir ki, artıq qısa müddətdə 6 stansiyada lövhələr dəyişdirilib və proses sürətlə davam etdirilir. O da qeyd olunur ki, stansiyalarda rus dilində yazılan bütün lövhələr söküləndən sonra onların yerinə müxtəlif reklamlar yerləşdirilir.

Hələlik hökumət bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Maraqlıdır ki, “Rusiya-Ermənistan dostluğu, qardaşlığı” barədə moizələr oxumaqdan xüsusi zövq alan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də “qardaş erməni xalqının” və hökumətinin rus dilinə “hörmətini” göstərən bu addıma şərh verməkdən yayınıb. Jurnalistlərin bu məsələ ilə bağlı sualına cavab verən səfir deyib ki, “məsələ ilə yaxından tanış olmaq üçün” ona vaxt lazımdır.

Göründüyü kimi, Qarabağdakı separatçı rejimin rus dilini “dövlət dili” elan etməsinə paralel olaraq, İrəvandan rus dilinin yerli-dibli yığışdırılmasına yönələn addımlar atılır. Və bununla da erməni toplumunun necə ikiüzlü, məkirli və saxta bir mahiyyətə malik olduğu bir daha üzə çıxmış olur.

Son xəbərlər

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Bütün xəbərlər