gundem / sosial
23.05.2020
Azərbaycan dilində ''Pandemiya'' lügəti hazırlanıb

Azərbaycan Elm Assosiasiyası ingilis dilində mövcud olan ''Pandemiya'' lügətini Azərbaycan dilinə tərcümə edərək oxuculara təqdim edib.
dogruxeber.tv bildirir ki, Assosiasiyanın əməkdaşları Aysu Məcidli və Sevda Aydın tərəfindən tərcümə və redaktə edilən lügətdə COVID-19 pandemiyasının əsas cəhətlərini ehtiva edən ifadələrin öz dilimizdə qarşılığı və izahı verilib.
Lügəti Azərbaycan Elm Assosiasiyası saytından əldə edə bilərsiniz - https://azescience.org/pandemiya-lugeti/
(Apa.az)


