Azərbaycan dilindən “əməkhaqqı” sözü çıxarılır












“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” və “türkmənşəli” sözlərinin çıxarılmasını düşünürük”.

dogruxeber.tv bildirir ki, bunu “Report”a eksklüziv açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, “əməkhaqqı” sözü əvvəlki lüğətlərdə olmayıb: “Misal üçün 1960-cı ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əsasən “əməkhaqqı” bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub”.

Akademikin sözlərinə görə, etiraz edənlər “təhsilhaqqı” və “gedişhaqqı” sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar:

“Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər “təhsil haqqı” və “gediş haqqı” kimi yazılır. Ona görə də biz yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə “əmək haqqları” olur, “əməkhaqqıları” olmur. Danışan zaman “onların əməkhaqqıları” deyilmir. Amma “ayaqqabı” sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə “ayaqqabıları” kimi yazılır. “Əmək haqqı” ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır”.

M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də “türkmənşəli” sözüdür: “Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər “fransızmənşəli”, “ingilismənşəli” sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur”.

Qeyd edək ki, Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər