900 bələdiyyə başçısının ölkədən çıxışına qadağa qoyulub – Deputatdan SƏRT TƏNQİD

dogruxeber.tv: - Bələdiyyələrin fəaliyyətində səmərəliliyin aşağı səviyyədə olması mətbuatda tez-tez qabardılan problemlərdəndir. Yerli özünüidarəetmə insitutlarının regional layihələrdə və inkişafda aktiv rol ala bilməməsi sosial-iqtisadi məsələlərdə bəzi sıxıntıların həllinin gecikməsinə səbəb olur.

Belə olan halda isə, yerli idarəetmə insitutlarının hər ikisinin vəziyyətinin bu cür olması millət vəkilləri və digər ictimai fiqurlar tərəfindən vaxtaşırı qabardılır.

Sözügedən mövzuda Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa bələdiyyələrin fəaliyyətsizliyini sərt tənqid edib.

Millət vəkili ilk öncə bələdiyyələrin maliyyə resurslarının azlığı məsələsinə toxunub:

“1700 bələdiyyədən, 900-nün başçısının ölkədən çıxışına qadağa qoyulub. Təbii ki, bunun səbəbi hər hansı cinayət əməli törətmələri yox, məhz borc məsələsidir. Ümumilikdə bələdiyyələrin hamısında maliyyə problemləri var. Bələdiyyələrə dövlət büdcəsindən 11 milyon vəsait ayrılır ki, nəticədə onlardan hər birinə çox kiçik məbləğ düşür. Onu isə məcburi sığorta kimi ödəyirlər”.

Deputat maliyyə problemləri səbəbindən bələdiyyə insitutlarını “ölü” quruma çevrilməsinin yaratdığı sıxıntılara diqqət çəkib:

“Bu səbəbdən də bələdiyyələr, cansız, ölü bir qurumdur. Onları dirçəltmək üçün hər hansı tədbirin görülməsi düşünülmür. Halbuki bu diqqətə alınsa, bələdiyyə insitutları xidmət sahəsində insanların işini xeyli yüngülləşdirər. Bu olmadığı üçün onlar fəaliyyətsiz bir qurum kimi qalıblar. Hərəsinin binası, yeri var və onu saxlamaqla məşğuldurlar”.

- Bələdiyyələrin bu vəziyyətdən çıxması üçün bir çözüm yolu varmı?

“Çözüm yolu var. Bələdiyyələrə Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərini vermək və yerli idarəetməni onlara tapşırmaq vacibdir. Bundan əlavə, icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsünü də dəqiq müəyyənləşdirmək lazımdır. Bundan sonra bələdiyyə niyə fəaliyyət göstərməsin ki?”

Fazil Mustafa bələdiyyə insitutlarının səmərəli fəaliyyətinin regional inkişafa da müsbət təsir edəcəyini sözlərinə əlavə edib:

“Yerlərdə inkişafın yeganə yolu budur. İnkişaf ona görə yoxdur ki, xidmət edən yoxdur. Xidmətsə icra hakimiyyətləri vasitəsilə olur ki, onlar da beşini edəndə, onunu etmirlər. Çünki kiməsə hesabat vermirlər və fəaliyyətsizliklərini büdcə sıxıntıları ilə əlaqələndirirlər. Bələdiyyələr isə fəaliyyət qaydasında görə açıq şəkildə görülən işlərin və büdcədən istifadənin hesabatını verir. Bir sözlə, işlərin görülməsi hesabatla bağlıdır. Hesabat olmadıqda isə, büdcənin necə istifadə olunduğunu və hansı işlərin görüldüyünü müəyyənləşdirmək mümkün olmur”.//dia.az

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər