BU NƏDİ BELƏ: Bayramqabağı qiymət yarışı başladı... - Ərzağın şəklini çəkin, qoyun süfrəyə...


"Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur".

dogruxeber.tv: - Bəziləri bu misaraları oxuyanda öncə fikrinə Mirzə Ələkbər Sabir gəlir. Axı Sabir satirik şeirlərində daha çox məişət mövzularına yer verir, cəmiyyətdə varlı-kasıb təbəqəsinin ümumi vəziyyətini dilə gətirib, satira dili ilə olsa da, öz fikrilərini deməkdən çəkinmirdi. Yox, bu misralar Molla Pənah Vaqifindir. Hətta XVIII əsrdə belə şairlər dövrün çətinliklərini dilə gətirməkdən çəkinməzlərmiş.

Bizə nə olub? İndi bir nəfər də olsun, satirik şeirlərlə dövrün sıxıntılarını dilə gətirən yoxdur. Bir Baba Pünhanımız var idi, onu da əcəl aldı əlimizdən. Nə isə, mətləbdən uzaqlaşmayım. Qarşıdan Yeni il gəlir. Hər il olduğu kimi bu il də bazarlarda qiymətlər od tutub yanır. Nəyə əlini toxunsan qiyməti əlini yandırır.

Bu yaxınlarda bir tanışım danışır ki, bayrama 15 gün qalmasına baxmayaraq artıq bazarlarda, mağaza və marketlərd' ərzaq, meyvə-tərəvəz məhsullarının qiyməti bahalaşıb. Tanışım deyir ki, ən az qiymətlərdə on beş gün öncəsi ilə müqayisədə 1-2 manat fərq var. Hamı bayram keçirmək istəyir. Və buna görə də hamı bayram öncəsi qida məhsullarının, meyvə-tərəvəzin qiymətini bahalaşdırır. Məsələn, bir həftə əvvəl bazarda 1,50 manata olan portağal-mandarinin qiyməti indi 2-4 manat arasında dəyişir.

Kimsə birdən süfrəsində qoz-fındıq görmək istəsə, gərək bazarda bu çərəzlərin şəklini çəkib gətirsin. Belə ki, fındıq ləpəsinin bir kiloqramı 16-18, qoz ləpəsinin kiloqramı 22-25 manat arasında dəyişir.

Sara Həsənovanın sözlərinə görə, hər il bayram günlərində qiymətlər bahalaşır və daha sonra da ucuzlaşmır: “Biz 4 nəfərlik ailəyik. Yoldaşım fəhlə işləyir. Kirayədə qalırıq. İnanın ki, bayram günlərində belə istədiyimizi alıb yeyə bilmirik. Qiymətlər o qədər bahadır ki. Və bahalaşır da. Sümüklü ətin bir kiloqramı 11-12 manatdır. Sümüksüz ət isə 15-16 manat. Əvvəllər bir şirkətin toyuğunu alırdım. Kiloqramı 3,80 manat idi. İndi onun da qiymətini qaldırıb 4,90 manat ediblər. Bir toyuq 7-8 manata başa gəlir. Kasıb necə dolasın?”.

Bəli, həqiqətən də son günlər bazarlarda və mağazalarda qiymətlərə bahalaşma müşahidə edilir. Və bu bahalaşma müxtəlif ekspertlərin dilində bəzən “süni bahalaşma” deyil. Ölkədə ərzaq məhsullarının qiymətində bahalaşmanı isə, satıcılar tələbin çox olması ilə əlaqələndirirlər. Deyirlər ki, bayrama yaxın hər kəs yaxşı bazarlıq etmək istəyir. Qiymətlər ona görə qaldırılır ki, hər kəs deyil, kimin gücü çatırsa, o ala bilsin.

İqtisadçı Günay Həsənovanın sözlərinə görə, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Türkiyədə lirənin ucuzlaşması da bazar qiymtələrinə təsir edib. Bu problem təkcə Azərbaycanda deyil, hər yerdə var.

“Gələcək il üçün vətəndaşlara ödənilən sosial müavinətlərin, pensiya və təqaüdlərin artırılması ilə bağlı məsələlər müzakirə ediləcək. Bahalaşmanın qarşısını gəlirləri artırmaqla almaq mümkündür”, - deyə iqtisadçı bildirib.

Eh, Allah sənə rəhmət eləsin, Vaqif! Sən bu gün kasıb azərbaycanlının vəziyyətini düşünüb yazmısan ki;//bizimyol.info

“Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm dəxi qoymazlar kəndə.

Xalq batıbdır noğla, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər