Hacıqabulda polis əməliyyat keçirdi - saxlanılan şəxsin avtomobilindən silahlar aşkarlandı

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənov idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb.

Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı salondan bir ədəd idman silahı və həmin silaha aid bir ədəd patron, bir ədəd ov bıçağı və bir ədəd “beşbarmaq” adlanan soyuq silah, yük yerindən isə bir ədəd lüləsi kəsilmiş ov silahı və həmin silaha aid üç ədəd patron aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı M.Həsənov silahların ona məxsus olduğunu və gizlətmək məqsədilə Balakən rayonundan Abşerona, yaşadığı evə apardığını etiraf edib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin şəxsin aşkarlanan silahlarla hər hansı bir cinayət əməlini törədib-törətməməsi araşdırılır. Əgər bu şəxsin əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

 Hacıqabulda polis əməliyyat keçirdi - saxlanılan şəxsin avtomobilindən silahlar aşkarlandı

 Hacıqabulda polis əməliyyat keçirdi - saxlanılan şəxsin avtomobilindən silahlar aşkarlandı

 Hacıqabulda polis əməliyyat keçirdi - saxlanılan şəxsin avtomobilindən silahlar aşkarlandı

Son xəbərlər

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Bütün xəbərlər