gundem / hadise
24.12.2021
Azərbaycanlı gənc yüksək vəzifəli məmuru döydü
Rusiyanın paytaxtı Moskvada məşhur dövlət şirkətin vitse-prezidentini döyən azərbaycanlı saxlanılıb.
"dogruxeber.tv" lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzindəki restoranların birində baş verib. “Rostelekom” şirkətinin vitse-prezidenti İqor Zimin yaxınları ilə restoranda əyləşərkən qonşu masadakı Azərbaycan vətəndaşı Ruslan Seyidömərovla mübahisə edib. Nəticədə 31 yaşlı azərbaycanlı onu döyüb.
Ruslan Moskvanı tərk etsə də, tezliklə saxlanılıb. Onu 5 ilə qədər həbs cəzası gözlədiyi bildirilir


