Yeni qanunun yarada biləcəyi təhlükələr...

Bu yeni qanunun yaratdığı “imkan” yeni media “üfunəti” formalaşdıracaq

dogruxeber.tv: - Dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirdi. Parlamentin ikinci oxunuşda qəbul etdiyi “Media Haqqında" qanun layihəsinə etiraz edən media mənsubları bu layihənin mürtəceliyindən, Konstitusiyaya və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğundan danışdılar, Milli Məclisi belə bir qanun qəbul etməkdən çəkinməyə çağırdılar.

Azərbaycan kimi bir ölkədə Milli Məclisin qanunverici təşəbbüsünün formal olduğunu hamı bilir. Qanunların bir qayda olaraq Prezident Administrasiyasından göndərlildiyi və parlamentin də onu təsdiqlədiyini bilməyən yəqin ki, çox az adam olar. Əlbəttə, jurnalistlərin etiraz ünvanı kimi parlamentin seçilməsi məntiqlidir. Nəhayətdə düyməni onlar basacaq, imzanı onlar atıb, məsuliyyəti onlar daşıyacaqlar. Amma bizi düşündürən mühüm sual başqadır: bu qanuna nə ehtiyac var?

Universal “qadağalar” onsuz da var

Kimsə iddia edə bilər ki, yeni qanun vətəndaşların hansısa hüquqlarını qorumaq, onları kütləvi yayımların ehtimal olunan neqativ təsirlərindən qorumaq üçündür. Belə bir iddia qətiyyən qəbul edilə bilməz.

Şəxsi həyatın toxunulmazlığı;
Zorakılığa çağırış;
Müəllif hüququ;
İnsanlıq əleyhinə çağırışlar və s…
Bütün bu məsələlərdə sosial media şirkətləri Azərbaycan hüquq-mühafizə orqanlarından daha çevik reaksiyalar verir, araşdırmalar aparır, qərarlar qəbul edirlər. Hətta hökumətin yaratdığı minlərlə “fake” hesabı rəsmən ləğv edib, bu barədə də məlumatlar yayıblar. Deməli, məsələ heç də “günahsız qurbanları” düşünmək deyil.

İşin mahiyyətini anlamaq üçün biz iki mühüm nümunəyə baxa bilərik: birincisi, medianın və xüsusilə sosial medianın, FM və peyk yayımlarının azad olduğu dünyaya, ikincisi isə bütün sadalananların ya qadağan, ya da tam nəzarətdə olduğu dünyaya.

Biz bu qanunla faktiki olaraq, peyk və FM yayımı nəzarətdə, amma sosial medianın sərbəst olduğu zolaqdan yerimizi tam qadağan və nəzarət zolağı ilə aralıq məntəqəyə dəyişirik. Bu dəyişiklik qətiyyən söz və ifadə azadlığına xidmət etmir. Əksinə, onun üçün yeni “ölüm prosesi” hazırlayır.

Mətbuat Şurası nümunəsi

Məsələn, biz 2000-ci illərin əvvəllərində yaranmış Mətbuat Şurasını xatırlaya bilərik. Bu təsisatın yaranma səbəbi rəsmi olaraq mətbuatın problemlərini həll etmək kimi elan edilsə də, bir neçə ilə Mətbuat Şurası bütün müstəqil medianın axırına çıxacaq prosesi legitimləşdirdi. Yeni dövrdə MEDİA (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) adlı qurumun yaranması da medianın inkişafına deyil, onun müstəqil və müxalif hissəsinin boğulmasına hesablanmış bir orqandır. Dövlətin faktiki olaraq, bütün reklam bazarını məhv edib, sonra milyonlar xərcləyərək media qurumları yaratması təkcə absurd deyil, həm də söz və fikir azadlığı kontekstində qorxuncdur.

Peşəkar mediaya əlvida…

Bu qanun peşəkar jurnalistikanı ya asılı salacaq, ya da məhv edəcək. Hakimiyyətin şərtlərini qəbul edənlər ictimai etimadı, qəbul etməyənlər isə yaşamaq imkanını itirəcəklər. Onların yerini tutacaq olanlar isə “pirat” yayımlar olacaq. Heç kim ümid etməsin ki, bütün nəzarətdən kənar yayımçılar peşəkar və universal etik normalara əməl edəcəklər. Əksinə, bu yeni qanunun yaratdığı “imkan” yeni media “üfunəti” formalaşdıracaq. O zaman isə bu layihəni düşünənlərin, təklif edənlərin, səs verənlərin kənarda günahkar axtarmaq üçün mənəvi haqları olmayacaq. Məncə, olmamalıdır da. Çünki bu “sözdən söyüşə məcburi keçid” qanununu onlar yaradırlar.
Seymur Həzi

Oxunub: 559

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər