Mehdiyevin "kamal"ı Göygöl məhkəməsində kövrəldi - "boz kardinal"ın hikkəsi RƏDD edildi

dogruxeber.tv: - AMEA-nın prezidenti Ramiz Mehdiyevin təkidilə elm ocağının baş hüquqşünası Kamal Əliyevin jurnalist Osman Nərimanoğluna qarşı "xüsusi ittiham qaydasında" qaldırdığı şikayəti rədd edilib. Bugün saat 11:00-da Göygöl rayon Məhkəməsində baş tutan işi üzrə ilkin prosesdə hakim Əyyub Kərimov müvafiq qərarı elan edib, əsassız şikayət icraata qəbul edilməyib.
Demokratik.Az-a bu barədə danışan Nərimanoğlu bildirib: "Dəyərli dostlar! Həftənin ilk gününə uğurla başladım. Həm evində, həm şüurunda, eləcə də bütün karyerası boyunca müşahidə edilən antimilli əməllərində erməni sevgisi gəzdirən "boz kardinal" Ramiz Mehdiyevin mənə qarşı haqsız hücumuna qalib gəldim. Göygöl məhkəməsinin hakimi Əyyub Kərimovun qərarı ilə AMEA-nın səbatsız prezidenti Ramiz Mehdiyevin diqtəsilə hüquqşünas Kamal Əliyevin barəmdə tərtib etdiyi absurd "xüsusi ittiham" icraata alınmadan rədd edildi. Bu hal ölkədə məhkəmə sistemində ədalətin tamamilə olmadığını söyləyənlər üçün, elə özüm üçün növbəti xoş nümunədir. Allah ölkəmizi və prezidentimizi qorusun, "5-ci kolon"un təmsilçilərinin başına daş salsın. Biz cəmiyyət olaraq ölkənin əsas elm məbədini (AMEA-nı-red) Mehdiyevin inhisarından, təcavüzündən azad etmək üçün səylərimizi davam etdirməliyik. Bu haqq yolunda mənə informasiya dəstəyi göstərən hər kəsə, xüsusilə də "turan" informasiya agentliyinə və "kanal13" televiziyasına təşəkkürümü bildirirəm."

Jurnalist onu da qeyd edib ki, məhkəmədə hakim qarşısında duran Kamal Əliyev kövrəlib, özünü öz "xüsusi ittiham"ının qarşısında aciz aparıb. İddialarını heç cür əsasıandıra bilməyib.

Xatırladaq ki, demokratik.az saytının 16 noyabr 2021-ci il tarixli sayında Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum "Tərtər işi"nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da "hüquq şöbəsinin müdiri" təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.

Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə vermişdi. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə "Xüsusi ittiham"ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə etmişdi. Bu müddət ərzində Ramiz Mehdiyev AMEA-nın adında süni təyziq elementi kimi "xüsusi ittiham"ı jurnalistin evinə belə göndərərək özünü biabır etmişdi...//Demokratik.Az

Oxunub: 659

Son xəbərlər

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Bütün xəbərlər