AMEA-nın daha bir əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi - TƏFƏRRÜAT

dogruxeber.tv : - Ölkə elminin iflic hala salınmasında öncül günahkarlardan olan AMEA prezidenti Ramiz Mehdiyevin repressiv basqılarına qarşı daha bir ziyalının mübarizə apardığı üzə çıxıb. Demokratik.Az-ın məlumatına görə, bir müddət əvvəl AMEA Rəyasət Heyətinin İşlər İdarəsinin baş mütəxəssisi vəzifəsindən uzaqlaşdırılan doktorant Yahyayev Coşqun Dünyamin oğlu AMEA-nı məhkəməyə verib.

Məlumata görə, gənc elm adamı qondarma ittihamlar əsasında Ramiz Mehdiyevin və sonuncunun kürəkəninin qardaşı, AMEA-nın İşlər İdarəsinin müdiri Fikrət Əliyevin diqtəsilə işindən uzaqlaşdırılıb. C.Yahyayev isə işə bərpa iddiası ilə əlaqədar qarşı tərəfi məhkəməyə verib.

Xatırladaq ki, Ramiz Mehdiyevin və yaxın ətrafının AMEA-ya yerləşdirilməsindən sonra AMEA-da öz bilik və bacarıqları ilə seçilən alimlərin, elm ocağına can yandıran kadrların incidilməsi, işdən qovulması prosesi səngimir. Hazırda Mehdiyevlərin haqsızlığına qarşı 10-larla sabiq AMEA əməkdaşı məhkəmələrdə mübarizə aparır. Təəssüf ki, ilkin instansiya məhkəmələrinin qərarları əksər hallarda ziyalılara qarşı Ramiz Mehdiyevi güclü və yenilməz çıxarır.

Aldığımız məlumata görə Coşqun Yahyayevin iddiasına sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Mülki iş üzrə məhkəmə işi hakim Vahid Sadıqovun icraatındadır.

Coşqun Yahyayev 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetində bakalavr, 2004-2006-cı illərdə magistr təhsili alıb. 2006-cı ildə fərqlənmə diplomu ilə aspiranturaya, 2008-ci ildə isə doktoranturaya daxil olub.

Məhkəmə prosesi diqqətimizdədir, daha geniş məlumat verməyə çalışacağıq.

Demokratik.Az

Son xəbərlər

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Bütün xəbərlər