Xaricdə torpaq götürüb buğda əkmək kimə sərf edir: Azərbaycana, ya məmurlara? - HAQLI SUAL







"Vahid Əhmədov kənd təsərrüfat sahəsi üzrə mütəxəssis deyil, iqtisadçıdır. Bu gün Azərbaycanın kifayət qədər torpaq resursu var. 680 min hektarda buğda əkilir və bizə 500 min hektar, yəni 680 min hektardan az sahə kifayətdir ki, özümüzün ərzaq buğdasına olan tələbatımızı yüz faiz ödəyə bilək. Bunu mən aqronom kimi deyirəm”. DİA.AZ xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Milli Məclisin deputatı Vahid Əhmədovun "Azərbaycan xarici ölkələrdən birinin ərazisini icarəyə götürür” fikirinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, bəzi məmurlar dövlət vəsaiti hesabına xarici ölkələrdə aqrobiznes qurmaq istəyirlər:

"Mən Rusiya da, Azərbaycanda da işləmişəm. Azərbaycanın iqlim şəraitinə bələdəm, bəzi aqrotexniki qaydalar, xüsusi tədbirlər var. Onlar həyata keçirilməlidir ki, məhsuldarlıq artsın. Bunların məqsədi nədir? Təxminən 7 il öncə bildirdilər ki, Azərbaycan yaxın illərdə ərzaq buğdasına olan ehtiyacını ödəyəcək. Əslində problem nə torpaqdadır, nə torpağın, nə də su ehtiyyatlarının azlığındadır. Problem sahəyə məsul şəxslərin qeyri-peşəkarlığındadır. Yəni, primitiv düşüncə ilə bu sahəni inkişaf etdirmək mümkün deyil. Ona görə ki, sahə olduqca mürəkkəbdir. Gedib hər hansı ölkənin ərazisində 2 milyon hektar torpaq sahəsini çox baha qiymətə icarəyə götürəcəklər. Dövlət büdcəsi hesabına digər resurslara ehtiyac yaranacaq. Dünyada buğdanın qiyməti bahalaşır və bahalaşmaqda davam edir. Bir qrup məmur daxildə torpaqları ələ keçirib. Onlar Azərbaycanda buğda istehsalını qaydaya sala bilmirlər. İndi dövlət büdcəsi hesabına digər ölkələrdə biznes qurmaq istəyirlər".

Vahid Məhərrəmovun fikirincə, xaricdə qurulan biznes nəzarətdən kənarda qalacaq:

"Dövlət büdcəsindən buğda istehsalı adı ilə küllü miqdarda vəsait ayrılacaq. Texnika, texnoloji avadanlıqlar alacaqlar, subsidiya ödəyəcəklər. 20-dən çox fermer təsərrüfatı, 41 aqropark yaradıldı, hər birinin nəzdində 4-5 min hektar var, ümumilikdə 360 min hektar torpaq sahəsi ayrılıb. İşğal altında olan torpaqlar alınanda deyildi ki, ərzaq təlabatı ödəniləcək. Bəs nə baş verib?
Ola bilsin Milli Məclisdə qərar da qəbul olunacaq ki, büdcədən vəsait də ayrılsın, Rusiyada, yaxud da başqa ölkələrdə geniş torpaq sahələri icarəyə götürülsün. Kim alacaq onu? Kəndlilər? Kəndli gedib Rusiyada taxıl əkməyəcək, məmurlar alacaq. Hansı ki, həmin məmurlar bizneslərinin bir hissəsini xaricə keçiriblər. Onlardan soruşmaq lazımdır, buğda istehsal edə bimirsən, deyirsən, torpaq ərazimiz azdır, bəs kartof niyə istehsal edə bilmirsən? Niyə əkin əraziləri azalıb?"

Qeyd edək ki, Milli Məclisin deputatı Vahid Əhmədov mətbuata açıqlamasında "Bəzi dövlətlərdə əlavə torpaq ehtiyatları var. Biz həmin dövlətlərlə müqavilə bağlayaraq onlardan icarəyə torpaq götürüb və taxıl əkininə başlamaq istəyirik”, - deyə bildirib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər