“Bir-iki serialda çəkiləndən sonra özümə söz verdim ki, çəkilməyim, xalturadır...”

dogruxeber.tv: - “Bəzən mənə sual verirlər ki, “O vaxt çəkildiyiniz filmlər indi çəkilsəydi böyük uğur qazanardı?”. Mən təbii ki, bu sual qarşısında aciz qalıram. Yaxşı ki, o illərdə filmlərə çəkilmişəm, nə çəkilmişəmsə o filmlərdir. Yeni bir iş yoxdur ki, nümunə göstərim! Azərbaycan kinosundakı durğunluq görəsən nə vaxt aradan qalxacaq?! Bunu oturub düşünmək lazımdır. Bir neçə seriala çəkildim, başdan ayağa “xaltura” idi. Sonra özümə söz verdim ki, daha çəkilməyəcəm! Tezbazar çəkib qaçmaqla deyil, az olsun, amma keyfiyyətli olsun. Dövlət pul ayırır, amma ortalıqda heç nə yoxdur. Bir onu bilirəm ki, o vaxt kinostudiyada kinoya vurğun adamlar çoxluq təşkil edirdi, amma indi o adamlar yoxdur”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev bildirib. O daha sonra aktyorun teatrda çalışmağının vacibliyini bildirib.

“Universiteti bitirəndə Tədris teatrında oynamışam, amma təəssüflər olsun ki, məni teatra götürmədilər. Hər zaman demişəm, indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, imkanı olanda isə filmlərə çəkilməlidir. Çünki aktyor teatrda baqajını yığır və kinoda xərcləyir. Mehdi Məmmədov mənim müəllimim olub, 1980-ci illərdə “İblis” tamaşasında Arif obrazını mənə verdi və 4-5 tamaşa mən oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə “Aydın” tamaşasını hazırladı və mənə Dövlət bəy obrazını verdi. Teatr ayrı bir zövqdür, amma nə edim ki, mən həyatımı kino ilə bağladım”, - deyə aktyor bildirib.

Rasim Balayev sonda gənclərə tövsiyə də verib.

“Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Sənətə yaxşı ev, dolanışıq, maşın üçün gəlmək düzgün deyil. Sən yaxşı sənətkar olsan, onlar hamısı mexaniki gələcək. Sən öncə sənətə fikir ver. İndi iki filmə çəkilir, istəyir ki, hündürmərtəbəli binada evi, bahalı maşını olsun. Filmə dəvət gələn kimi soruşur ki, nə qədər qonorar verəəcksən?! Belə şeylər məndən tamamilə uzaqdır, heç vaxt soruşmamışam ki, mənə nə qədər pul verəcəksiniz?!”, - deyə sənətkar bildirib.

Oxunub: 648

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər