gundem / siyaset / iqtisadiyyat
25.01.2022
Özəl şirkətlərin əsas kapitala investisiyası neçə faiz artıb? - FOTO
“2021-ci ildə Azərbaycanda qeyri-dövlət mülkiyyətində olan təşkilatların əsas kapitala investisiyaları (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3 % artaraq 4,5 milyard manata çatıb”.
"dogruxeber.tv"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.
“Ötən il ölkəmizdə özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub”, - deyə o qeyd edib.


