gundem / siyaset
26.01.2022, 10:32
Deputatlar gələn həftə ilk iclasa toplaşacaq
Gələn həftə Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçiriləcək.
"dogruxeber.tv" xəbər verir ki, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Fevralın 1-i çərşənbə axşamına düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.



