Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların arasında narkotiklərə görə axtarışda olan şəxs də var.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alpoud kəndi ərazisində yerləşən evlərin birindən çəkisi 1 tondan artıq olan su çənini oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri – Elşən Hüseynov və Rüstəm Qulamov olduqları müəyyən edilib.

Məlum olub ki, saxlanılan şəxslər bir müddət öncə də həmin kənd ərazisində yerləşən evlərin birindən dəmir borular və digər metal tikinti materialları oğurlayaraq dəyərindən ucuz qiymətə satıb, əldə etdikləri pul ilə şəxsi istifadələri üçün narkotik vasitə alıblar.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan Ağdam rayon sakini Cavid Quliyev və Ucar rayon sakini Vüqar Cəbrayılov saxlanılıblar.

Həmin şəxslərdən bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana, eləcə də elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

Oxunub: 566

Son xəbərlər

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Bütün xəbərlər