Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət edib

"dogruxeber.tv" xəbər verir ki, Vətən müharibəsində şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri Kamran Fərəcovun doğum günü ilə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları onun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Polis əməkdaşları şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyərək, bildiriblər ki, igid oğullarımızın sayəsində uzun illər işğal altında olan torpaqlarımız işğaldan azad olunub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu, baş əsgər Kamran İlqar oğlu Fərəcov 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib. 2020-ci ilin sentyabrın 27-də Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayanda o da Vətən müharibəsinə yollanıb. Sərrast atıcı olan K.Fərəcov snayper tüfəngi ilə düşmənin xeyli canlı qüvvəsini məhv edib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən həlledici döyüşlərdə iştirak edib, Çanaqçı kəndiistiqamətindəki döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhidin ailəsini ziyarət edib

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər