gundem / siyaset
19.02.2022, 12:15
Ramiz Mehdiyev AMEA-nın yığıncağına qatıldı
AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirən Ramiz Mehdiyev bu gün keçiriləcək ümumi yığıncaqda iştirak üçün Rəyasət Heyətinin yerləşdiyi binaya gəlib.
"dogruxeber.tv" Oxu.Az-a istinadən xəbər verir ki, R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edəcək.


