FHN şefi bacanağının adına 700 MİLYONU YATIRIB...

"dogruxeber.tv" xəbər verir ki, "Renessans Ko Ltd” MMC martın 9-da "GP Kotton Holdings” MMC ilə birləşdiyini elan edib.

"Turan” informasiya agentliyinin araşdırması nəticəsində müəyyən edilib ki, "Renessans Ko Ltd” 1998-ci ildən Azərbaycanda pambıq biznesinə nəzarət edir.

Bu şirkət haqqında kommersiya hüquqi şəxslərin reyestrindən aktual məlumatlar Dövlət Vergi Xidməti tərəfindən gizlədilir. Şirkətin direktoru, onun nizamnamə kapitalının miqdarı haqqında heç bir məlumat yoxdur.

Agentliyə daxil olan məlumata görə, 2006-cı ilin martında şirkət 100% fiziki şəxs, Azərbaycan rezidenti Hikmət Abuzər oğlu İsmayılova məxsus olub. Həmin vaxt "Renessans Ko Ltd” "MKT İstehsalat Kommersiya” MMC-nin 80% pay iştirakının sahibi olub. Sonuncu şirkət pambıqçılıq və emalı bazarında, o cümlədən toxuculuq sənayesində inhisarçı olmaqla yanaşı həm də aktivində kommersiya daşınmaz əmlaka malikdir.

Hikmət İsmayılov "Azsığorta” ASC sığorta şirkətinin 100%-lik təsisçisidir. O, həmçinin "AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə, "Bank of Baku”nun səhmlərinin isə 31,11%-nə sahibdir. O, "Azdemir Ltd” və "CBS-PP” şirkətlərinin sahibidir. Hikmət İsmayılova "NH Investment”, "Professional Real Estate Servis”, "Fud and Snak Qrup”, "Gilan FMCG Qrup”, "Promenade Properties”, "AzF Ko Ltd” və "Avant Treding” şirkətləri məxsusdur.

Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

"GP Kotton Holdings” MMC-nin nizamnamə kapitalı 300,4 milyon manat, "MKT İstehsalat Kommersiya” MMC-nin nizamnamə kapitalı 357,2 milyon manatdır. Hər iki şirkətin direktoru Rövşən Həsən oğlu Həsənovdur. // Turan

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər