"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO

"Doğru xəbər.az" xəbər verir ki, 17.03.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda 10-larla tender müqaviləsi barəsində məlumatlar dərc edilib. Diqqət çəkən məqam odur ki, portalda dərc edilən müqavilələrdən bir neçəsi haqqında ətraflı məlumat göstərilməyib.

Bunlardan bir neçəsi aşağıdakılardır.

1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "İdeal Motors" MMC (VÖEN - 1305797061) arasında bağlanmış "1 (bir) ədəd sedan tipli “Chevrolet Aveo Premier” və 16 (on altı) ədəd yüksək keçicilik qabiliyyətli universal tipli “Lada-Niva LC” model “minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması və onların dəyişdirilməsi işləri”nin satınalınması" (məbləğ - 29189.9 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" ilə bağladığı "İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyindən 12 cildin satın alınması (məbləğ - 10800 AZN)

3. Eyni zamanda, Atakişiyev Yusif Aqil oğlu (VÖEN-2005469832) ilə bağladığı "Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 81 ünvanında yerləşən və ümumi sahəsi 1 005,6 m2 olan qeyri - yaşayış sahəsinin icarəyə verilməsi" (məbləğ - 9204 AZN) müqavilələri

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


4. Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "SERP proqrammı təminat modullarına texniki dəstək xidməti" müqaviləsi (məbləğ - 9204 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


5. Azərbaycan respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" (Lot adı yoxdur !) (Məbləğ -9204 AZN)

6. Qusar rayon "Gənclər və İdman İdarəsi" ilə fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN - 4700126292) arasında bağlanmış "Gənclər və İdman sahəsi üzrə mal materiallarının satınalınması" (məbləğ - 15968 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə "AZSAFETY PRODUCTİON" MMC (VÖEN - 1603194981) arasında bağlanmış "“Əlif Hacıyev” elmi-tədqiqat gəmisində quraşdırılmış xilasedici salların sınaqdan keçirilməsi və sertifikatlaşdırılması" müqaviləsi (məbləğ - 1616624 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən idarə eyni gündə "SAQA Gəmi təmiri' MMC (200453301) ilə də ""YUQ" balıqçı gəmisinin əsaslı təmiri" müqaviləsini də imzalayıb. Burada məbləğ 142127.46 AZN göstərilir. Lakin, bu müqavilə barəsində ətraflı məlumat göstərilib.

Yəqin ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi adı çoxunuza tanışdır. Hansı ki, bu idarənin müdiri eyni zamanda Ekologiya Nazirinin xüsusi diqqət ayırdığı Fizuli Babayev ötən il öz işinin icrası - ağacların köçürülməsi üçün iki saata 24.000 (iyirmi dörd min) AZN pul tələb etmişdi ki, bu da o zamanlar gündəmin qalmaqallı mövzularından birinə çevrilmişdi.

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO

Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi ...

İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

Bu söhbətə görə bütün ölkə mediası çalxalansa da cənab nazir qətiyyən heç təmkinini də pozmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən gəlirli sahəsi olan bu idarənin gəlirləri sən demə təkcə ağac köçürməkdən ibarət deyilmiş. Bu qədər böyük məbləğlər qarşılığında imzalanan tender müqaviləsi barəsində Dövlət Satınalma Portalında ətraflı məlumat göstərilməməsinin özü, elə məbləğ qədər də böyük şübhələr doğurur.

Xatırladırıq ki, ölkə başçısı İlham Əliyev çıxışlarında da dəfələrlə tender adı altında dövlət büdcəsini talayanlardan bəhs edib və bu mövzuda media nümayəndələrini, həmçinin vətəndaşları ictimai nəzarət olaraq, diqqətli və yardımçı olmağa çağırıb.

Məlumatda adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

dogruxeber.tv

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər