Şübhəli tender

dogruxeber.tv: - 07.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi şəxsi "BMTİP" (VÖEN - 9900084261) ilə "Ölkədə səhiyyə təchizat sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinə dəstək layihəsi" müqaviləsi bağlandığı barəsində məlumat dərc edilib.

Şübhəli tender

Qeyd edək ki, müqavilədə göstərilən məbləğ 2191645.1 (iki milyon yüz doxsan bir min, altı yüz qırx beş - on) AZN olaraq qeyd edilib. Amma, katirovka sorğusu barəsində "Dövlət Satınalma Portalı"nda heç bir məlumat göstərilməyib.

Bu qədər böyük məbləğ müqabilində bağlanmış müqavilə barəsində satınalma portalında ətraflı məlumat göstərilməməsi müəyyən şübhələr doğurur.

Şübhəli tender

Bundan əlavə, 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" ilə "Alyans Testil" MMC (VÖEN: 2001098501) arasında imzalanan "Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması" (Müsabiqənin adı - "Azərsu"ASC-nin daxili vəsaiti hesabına Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması) müqaviləsi barəsində məlumat dərc edilib.

Bu müqavilədə isə məbləğ 8000 (səkkiz min) AZN-dir.

Müqavilə barəsində digər əsas və ətraflı məlumatlar göstərilməyib.

Həmçinin, eyni gündə - 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "12 saylı Ərazi Vergilər Departamenti" ilə "NAT CORP" (VÖEN: 1003784151) arasında "Yanğın Təhlükəsizliyin təmin edilməsi" müqaviləsi bağlandığı da dərc edilmişdir. Müqavilədə göstərilən məbləğ 13453 (on üç min dörd yüz əlli üç) AZN-dir. Bu müqavilə barəsində də ətraflı məlumat bölməsi boş saxlanılıb. Katirovka sorğusu barəsində heç bir məlumat yoxdur.

Şübhəli tender

Gördüyünüz kimi, yuxarıda qeyd etdiyimiz hər üç müqavilə barəsində satınalma portalında ətraflı məlumat yoxdur. Yəni, hər üç müqavilə müəyyən şübhələr doğurur.

QEYD: Yazıda adları çəkilən tərəflərin də açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

dogruxeber.tv

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər