Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

dogruxeber.tv: - Deputat Ziyad Səmədzadəni həbsini sifariş etməkdə suçlayan İbrahim Zeynalovun sağlıq durumunda problemlər yaranıb. Hazırda Neftçalanın Kürkənd kəndində vaqonda yaşayan İbrahim Zeynalov “Yeni Müsavat” əməkdaşına deyib ki, məhkəmədən sonra səhhəti ağırlaşıb: “Məhkəmədən gələndən sonra təzyiqim düşmüşdü, özümü çox pis hiss edirdim. Təcili yardım gəldi. Hazırda həkim nəzarəti altındayam, sistem vururlar”.

İbrahim Zeynalov deyib ki, məhkəmədə vaxtilə MTN-də saxlanıldığı günlərdə ona əziyyət verən Yasin Məmmədovu görməsi ona pis təsir edib: “7 ay 17 gün orada qaldım. Yasin Məmmədov insanlıqdan kənar biridir. Mənə orada çox əziyyət verib. O, acgöz bir alverçidir. Orada mənə qarşı çox aqressiv davranıb. Məhkəmədə onu gördüm, əhvalım korlandı. Orada Mövlam Şıxəliyev məni görüb ayağa qalxdı, əllərini uzatdı. Onun əlini tutdum. Yenə də ona pis nəsə arzu etmədim. Allah qapısını açsın dedim. Amma mənə qarşı etdiklərini Allah bağışlasın. Mənə dəhşətlər yaşatdılar”.

İbrahim Zeynalov Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə 36 zərərçəkəndən biridir.

Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

İttihama görə, Mövlam Şıxəliyev və digərləri İbrahim Zeynalovu qanunsuz olaraq azadlıqdan məhrum etməklə ona məxsus külli miqdarda - yaxınlarından 8 milyon dollar pul almaqla azad ediblər. İbrahim Zeynalov aprelin 5-də keçirilən prosesə qatılıb. Ayaqlarında ağrılar səbəbindən sərbəst hərəkəti çətin olan zərərçəkən 3 ağrıkəsici iynə vurmaqla məhkəməyə gəlib.

İbrahim Zeynalov sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirib. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham edib.

Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

Həmin ifadədən sitat: “Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən elədim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə elədim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də eləyib. Mənə deyəndə ki, biznesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get, işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.

İbrahim Zeynalov məhkəmədə deyib ki, onu sırf mal-mülkünü əlindən almaq üçün qanunsuz olaraq həbsə alıblar: "1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyəti yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar".

Oxunub: 580

Son xəbərlər

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Bütün xəbərlər