Vasif Talıbovun GÖYƏRTİ BİZNESİ - İLGİNC İDDİA

Sədərək gömrük məntəqəsi Türkiyəyə getmək istəyən naxçıvanlılara bir neçə gündür yeni qayda tətbiq edib. Bu qaydaya əsasən, gömrükdən keçən hər bir şəxs, əlində minimum 40 dəstə göyərti aparmalıdır. Əgər şəxs qonşu ölkəyə avtomobillə gedirsə, göyərti dəstə ilə yox, kilo ilə hesablanır: hər avtomobil 40 kilo. Bu qaydaya əməl etməyənlər, sərhəddən buraxılmır.
Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yerli hakim ailəyə məxsus olan göyərtilər, Türkiyəyə keçmək istəyənlərə Sədərək gömrüyün qapısında paylanır.
Bu prosesə Naxçıvan Ali Məclisinin Qəbul Şöbəsinin rəhbəri Rəşad Babayevin rəhbərlik etdiyi bildirilir. Sakinlərin sözlərinə görə o, Talıbovların göyərti biznesinə nəzarət edir.
Taksi xidməti ilə məşğul olan Kəngərli rayon sakini Niyaz Mahmudov deyir ki, gömrükdən keçirməyə məcbur olduqları göyərtini, Rəşad Babayevin adamları Türkiyə tərəfdə onlardan təhvil alıb, böyük maşınlara yükləyirlər:
“Hər il bu vaxt Türkiyədə göyərti bahalaşır. Naxçıvandan aparıb, orada satmaq sərf edir. Ötən illər Naxçıvanın göyərti monopoliyası yük maşınları ilə bir dəfəyə tonlarla göy aparıb, müxtəlif şəhərlərdə satırdılar. Bu il nədənsə, Türkiyə tərəfi göyərti üçün 40 kiloya kimi məhdudiyyət qoyub. Bunlar da bu hiyləyə əl atıb, mallarını bizim əlimizlə keçirirlər. Belə qayda olmaz axı. Mən avtomobillə gedirəm ki, sərnişin daşıyam, ailəmi saxlamaq üçün çörəkpulu çıxaram. Gömrükdə isə deyirlər ki, ya 40 kilo göyərti aparmalısan, ya da buraxmırıq. Məcbur olub, müştərinin birini düşürüb, onların göyərtisini aparırıq. Müştəri itirdiyimə görə, hər dəfə ən az 30-50 manat arası ziyana düşürəm”.
Şərur rayon sakini Səkinə Hüseynova deyir ki, hər il yaz açılanda həyətdə becərdikləri göyərtini Türkiyəyə aparıb satar, bu pula isə evə ərzaq alıb gətirirmişlər. Yeni qayda onların bu dolanışığını da əllərindən alıb:
“İndi deyirlər ki, yalnız biz verdiyimiz göyərtini keçirə bilərsiniz. Öz göyərtilərimizə qadağa qoyublar. Hər il yazda uşaqlarımız gözünü dikirdi ki, gedib göyərtimizi satıb, Türkiyədən toyuq, ət, şirniyyat, ərzaq alıb gətirəcəyik. Bu il ona da imkan vermədilər. Uşaqların ahı onları tutacaq. Cüzi dolanışıq çıxan hər şeyi əlimizdən alırlar. Bu qədər Naxçıvan əllərindədir, yenə gözləri doymur”.
Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarədən Türkiyəyə aparmaq üçün sakinlərə göyərti təklif edildiyini təsdiqsələr də, bunun məcburi olmadığını bildirdilər.
Sakinlərin iddiaları ilə bağlı Naxçıvan MR Ali Məclisindən münasibət öyrənmək mümkün olmadı.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər