Nazirdən xarici dövlət borcu ilə bağlı AÇIQLAMA

Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyaya uyğun olaraq xarici dövlət borcunun xüsusi çəkisi 82%-ə endirilib.

"dogruxeber.tv" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 10%-ə çatdırılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun tədricən azaldılması, eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94% idi, hazırda isə 82%-ə endirilib. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artıb. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2% artıb. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcək.

Sizin bu yaxınlarda imzaladığınız sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20%-i səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10%-ə endirilməsi nəzərdə tutulub", - deyə o, qeyd edib.

Oxunub: 451

Son xəbərlər

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Bütün xəbərlər