gundem / dunya
15.04.2022, 09:15
Qazın qiyməti ucuzlaşdı
Avropada qaz fyuçerslərinin qiyməti dünənki ticarətin nəticələrinə görə 14% ucuzlaşıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.
Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may fyuçersləri ticarət sessiyasını min kubmetr üçün 1 200 ABŞ dolları səviyyəsində açıb. Daha sonra eniş sürətlənib və min kubmetr üçün minimum 992 ABŞ dolları həddinə çatıb.



