gundem / iqtisadiyyat
3.03.2022
Avropada təbii qaz fyuçerslərinin qiyməti 8%-dən çox artıb
Avropada təbii qaz fyuçerslərinin qiyməti günə 8%-dən çox artımla başlayaraq, 2000 ABŞ dollarını ötüb.
dogruxeber.tv Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti 8,7% artaraq, min kubmetr üçün 2 065,9 ABŞ dolları səviyyəsinədək yüksəlib. Daha sonra qiymət 2 054,5 ABŞ dollarına düşüb.
Xatırladaq ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Avropada təbii qazın qiyməti son günlərdə güclü volatillik nümayiş etdirir.



