iqtisadiyyat
20.04.2020
Neftin qiyməti yenidən ucuzlaşır

“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 4,06% azalaraq, 26,94 ABŞ dollarına qədər ucuzlaşıb.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə TASS xəbər verir.
Bildirilir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 8,75% azalaraq, 22,84 ABŞ dollarına düşüb.
“Qara qızıl”ın qiyməti koronavirusa yoluxanların sayının artması fonunda düşməyə başlayıb.


