Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir

Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir.

Pezident cənab İlham Əliyevin dünya azərbaycanlılarının ikinci, üçüncü və dördüncü qurultaylarında etdiyi çıxışlar müxtəlif ölkələrdən gəlmiş soydaşlarımızın yaxşı xatirəsindədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 16 il əvvəl, 2006-cı il martın 16-da ilk dəfə dövlət başçısı kimi çıxış etdiyi Dünya Azərbaycanlılarının II Qurultayında demişdi: “Biz Dağlıq Qarabağın heç vaxt – nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik”. Eyni zamanda dövlət başçısı danışıqlara da toxunaraq bəyan etmişdi ki, bu proses əbədi ola bilməz, çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir.

Dünya Azərbaycanlılarının III Qurultayında da Prezident cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. IV Qurultaydan bir neçə ay əvvəl isə Aprel döyüşləri baş vermişdi və görünən o idi ki, cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dedi və etdi. Bu illər ərzində inkişaf edən, güclənən Azərbaycan dövləti Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi. Bu Zəfərlə Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızı qürurlandırdı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı fərəhləndirdi.

Bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, artıq torpaqlarımız azaddır və onun layiqli davamçısı olan Prezident İlham Əliyev növbəti qurultay üçün Azərbaycana gəlmiş soydaşlarımızı bu dəfə Şuşada salamladı.

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər