Vüsal Kərimlinin həzm-rabedən keçirdiyi 100 MİLYON MANAT... - Ortada qara qəpiklik iş də yoxdur...

dogruxeber.tv: - 6 nömrəli iki avtobus eyni vaxtda dayanacağa yaxınlaşır. Dayanacaqdakı monitorlarda isə avtobusların gəlmə tarixləri göstərilmir. Bu avadanlıqlar artıq illərdir işləmir.

2011-ci ildə açılışı edilən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda nəqliyyat sistemini təkmilləşdirməli, ictimai nəqliyyatın hərəkətini tənzimləməli və hərəkət marşrutlarını optimallaşdırmalı idi. Bunun üçün ilkin mərhələdə mərkəzə 100 milyon manata yaxın vəsait ayrılmışdı.

Əvvəlcə Nəqliyyat Nazirliyinin tabeliyində olan Mərkəz 2015-ci ildə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi. Bu ilin fevralında isə qurum yenidən əl dəyişdirdi, Daxili İşlər Nazirliyinin tabeliyinə keçdi.

İlkin mərhələdə 100 milyon manata yaxın vəsait xərclənən Mərkəz 10 il müddətində ictimai nəqliyyatın hərəkətini niyə tənzimləyə bilmədi?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti sıfıra enib və buna görə də qurum DİN-in tabeliyinə verildi.

İqtisadçı Toğrul Vəliyev deyir ki, mərkəz əslində nəqliyyatın idarə edilməsini özünə məqsəd qoymamışdı, əsasən bu sahəyə nəzarəti hədəfləmişdi.

Azərbaycanda bu sistem işləməsə də, intellektual idarəetmə sistemi qonşu Gürcüstanda işlədi. Dayanacaqda olan vətəndaş avtobusun nə vaxt gələcəyini monitordan öyrənə bilir. Toğrul Vəliyev deyir ki, Gürcüstan vahid nəqliyyat sistemi qura bildi, Azərbaycanda isə bu hələ də alınmır.

Nəqliyyatı intellektual idarəetmə sistemini ölkədə qurmaq niyə mümkün olmadı deyə Bakı Nəqliyyat Agentliyinə sorğu göndərsək də, suallarımız cavablandırılmadı.

Sərnişinlər isə dayanacaqda nə qədər gözləyəcəklərini yalnız təxmin edə bilirlər, dəqiq məlumat verəcək monitorların heç biri işləmir. Bu sistemin nə vaxt işləyəcəyi də məlum deyil. //meydan.tv//

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Bütün xəbərlər