gundem / dunya
2.05.2022
İspaniyanın baş nazirinin telefonunda casus proqram aşkarlandı
İspaniyada baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin cib telefonlarının "Pegasus" casus proqram proqramı ilə dinlənildiyi açıqlanıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsü İzabel Rodriges Milli Kriptologiya Mərkəzindən əldə etdiyi məlumata görə, Sançes və Roblesin mobil telefonlarının "qanunsuz və xarici ekstremistlər tərəfindən" dinlənildiyini bildirib.
Sançesin telefonunun 2021-ci ilin may ayında iki dəfə, Roblesin telefonunun isə 2021-ci ilin iyununda bir dəfə dinlənildiyini ifadə edən sözçü, "Bunlar sübut edilmiş və son dərəcə ciddi faktlardır. Bu, dövlət qurumlarından kənarda və qeyri-hüquqi sahələrdə müdaxilələrin olduğunu təsdiqləyir", - deyə ifadə edib.



