Marqarita Simonyanın agentliyi Bakıda niyə sərbəst işləyir? - HƏQİQƏTƏN DƏ...

dogruxeber.tv: - Bir neçə ildir ki, Azərbaycanda Rusiya mediası “Sputnik Azərbaycan”-ın bağlanılması üçün müxtəlif çağırışlar edilir. Azərbaycan ictimaiyyəti Rusiya mediasını Azərbaycanda görmək istəməsə də, görünür, xüsusi bir “əl” agentliyi qoruyur. Yoxsa, bu qədər haqqında yazılan, bağlanması tələb edilən bir qurum niyə fəaliyyətini belə raha şəkildə davam etdirə bilsin ki?
“Sputnik Azərbaycan” agentliyinin daxilində də zaman-zaman çəkişmələr olub və bu çəkişmələr agentlik daxilindən kənara da yansıyıb. Qeyd edək ki, “Sputnik Beynəlxalq İnformasiya Agentliyi” Ermənistan əsilli jurnalist, hər zaman Azərbaycana qarşı separatçı fikirlər səsləndirən Marqarita Simonyanın tabeliyinədədir. Vaxtaşırı Azərbaycan mediasında Rusiya mediasının, daha doğrusu, Rusiya təbliğat maşınının Azərbaycanda fəaliyyətinin dayandırılması məqsədilə çağırışlar olsa da, bu çağırışlar nəticə verməyib. “Sputnik Azərbaycan”ın əməkdaşlarına qarşı da “ərizənizi yazın” deyə çağırış edilib, amma nə fayda...

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın bir neçə xəbər saytı Rusiya ərazisində bloklanıb. Bunun qarşılığında isə, Azərbaycan jurnalistləri “Sputnik Azərbaycan”ın bağlanmasını tələb edirlər.

“Sputnik Azərbaycan” hər zaman xalqın gözündə “düşmən dəyirmanına su tökən” media orqanı hesab edilib. Hətta 44 günlük müharibə zamanı belə, agentlik düşmən dəyirmanına su töküb. Reallıqlar əsasında deyil, Rusiyanın "istiqaməti" üzrə çalışıb. Bu günlərdə isə, “Sputnik İnformasiya Agentliyi”nin Bakı nümayəndəliyinə əvvəllər Cənubi Osetiyada yerli Sputnik agentliyinin direktoru olan, polkovnik Vitali Denisov gətirilib.

Xatırladaq ki, ondan öncə agentliyi rəhbəri olan Əziz Əliyev anası məlum millətin nümayəndəsi olduğu üçün Azərbaycanda istənilmirdi. Əziz Əliyevi işdən azad edən Simonyan indi ondan daha sərt mövqe göstərməkdə təcrübəli və Azərbaycanın əleyhinə düşünmədən qərarlar verə bilən birini gətirib.

Milli Məclisin deputatı Vahid Əhmədov “Sputnik Azərbaycan”-ın ölkəmizdə fəaliyyətini dayandırılması ilə bağlı Milli Məclislə yanaşı, MEDİA və Mətbuat Şurasına müraciət edib. "Ölkəmizdə fəaliyyət göstərən “Sputnik Azərbaycan” niyə bağlanılmır? Artıq bu MEDİA agentliyinin və Mətbuat Şurasının məsələsidir. Mən müraciətimi etmişəm. Niyə araşdırmırlar, bunu bilmirəm. Bu agentlik, 44 Günlük müharibə dövründə bir dəfə də olsun Azərbaycanın xeyrinə heç nə yazmadı. Mən Azərbaycan mediasını da, xarici mətbuatı da oxuyuram. Lazımsız sözləri heç bir zaman istifadə etmirəm. Azərbaycanın müstəqilliyinə xələl gətirən hər hansı bir addım varsa, tənqid edəcəm”,- deyə Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, bu yaxınlarda Sputnik Azərbaycanın rəhbəri dəyişib və Əziz Əliyevin yerinə Osetiyada və Abxaziyada fəaliyyət göstərən polkovnik rəhbər təyin edilib.

Qeyd edək ki, bu gün Azərbaycan mediası və müxtəlif KİV rəhbərləri, “Rusiyanın təbliğat maşını” hesab edilən agentliyi Azərbaycanda istəmir. Deputat bir müddət öncə baş verən hadisəni də xatırlatdı: “Bu yaxınlarda cənab prezident və Mehriban xanım Moskvada olarkən, məlum agentliyin rəhbəri Marqarita Simonyan lazım olmayan, aşağı səviyyədə suallar verdi. Ölkə başçısının ona qarşı reaksiyasını yəqin ki, gördünüz. Yəni artıq bu agentlik bağlanmalıdır”...
Bizimyol.info

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər