"Təhsil Nazirliyində çalışanların özlərini imtahan etmək lazımdır?" - Ekspert danışır

“Təhsil Nazirliyində yaşı 30-35 olan uşaqlar 40 ilin müəllimini imtahan edə bilər? Bu gənclər müəllimlərimizin yetirməsidir. Onlar müəllimlərini imtahan etmir”. dogruxeber.tv Sfera.az-a istinadla bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bir insan 5 ildən çox bir fənni tədris edirsə, ən azı ildə 1 dəfə kitabı oxuyur, şagird danışır eşidir, KSQ, BSQ sualı yazır və deməli, fənnini bilir:

“Bu cavan oğlanlar müəllimlərini uzunluğa tullanma, ağırlıq qaldırma, 100 metrə 9 saniyə qaçmağı yoxlamır. Müəllimlər keçdiyi kitabdan tərtib olunmuş suallara cavab verəcək. Mən tarix müəllimiyəm. Dərs dediyim və tədris olunan kitablardan nə qədər istəsəniz imtahan edin. Mən niyə narahat olmalıyam? 40 ilin müəllimi 40 ildir ki, bu kitablarla işləyir, deməli, bizdən dəfələrlə yaxşı bilir. Müəllimin öz ixtisasından, illərdir dərs dediyi fəndən müəllim yanına getməsi ayıbdır”.

K.Əsədov deyib ki, məqsəd, təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi və təhsilverənlərin peşəkarlıq səviyyələrinin artırılmasıdır:

“Təhsil Nazirliyində çalışanların özlərini imtahan etmək lazımdır? Təhsil Nazirliyi dövlət orqanıdır və burada işə qəbul dövlət qulluğuna qəbul imtahanı ilə olur. Hələ bu imtahan isə, heç kimin ixtisasından olmur. 16 fərqli qanunvericilik aktlarından ibarət olan test imtahanı, ardınca ondan da çətin müsahibə mərhələsi olur. Ondan sonra 1 il sınaq, 6 ay staj müddətində işə qəbul olunurlar. Yəni onlar zatən imtahan olunub. Amma onlar nə qədər vəzifə öhdəliklərini yerinə yetirir, bu ayrı məsələ. Ölkənin orta məktəblərində 150 min müəllim var. Lap bunlar hamısını işdən azad etdilər. 150 min yeni adamı hardan tapacaqlar? Onların müəllimlərin yerində gözü yoxdur. Onlar zatən lazım olan yerlərə etibar etdiklərini qoyublar”.

Oxunub: 489

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər