gundem / dunya
18.06.2022
Suriya ordusunun zabiti öldürüldü
Suriya ordusunun zabiti öldürülüb.
dogruxeber.tv xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə paytaxt Dəməşqin Qudsaya bölgəsində baş verib.
Əraziyə avtomobillə gələn şəxs nəzarət-buraxılış məntəqəsindəki hərbçilərə tapançası ilə atəş açıb.
Nəticədə Suriya ordusunda xidmət edən polkovnik-leytenant Samir Əli Süleyman həlak olub.



