“MUZIKANT” GENERAL QƏDİR NƏSİBOV SƏRƏNCAMA GÖNDƏRİLDİ - “Yaxşı oğlan”, “səxavətli insan” olan general-mayor haqda maraqlı faktlar

General-mayor Qədir Nəsibov Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsinin 1-ci müavini vəzifəsindən sərəncama çıxarılıb.

Hurriyyet.az etibarlə mənbələrə istinadən xəbər verir ki, Q.Nəsibov yeni yaradılan İnspektorlar Qrupuna rəis təyin olunacaq.

Bildirilir ki, general-mayor Qədir Nəsibov Azərbaycan Silahlı Qüvvələri tarixində xidmətdən başqa, qalan sahələr üzrə fitri istedada malik generallardan biridir. Keçmişinə nəzər salsaq, el dilində desək cavanlığında “muzıkant” olub, daha sonralar orduda gizir kimi xidmətə başlıyıb.

Qədir Nəsibov da, Elxan Məcidov kimi, Baş qərargah rəhbərinin keçmiş rəisi Nəcməddin Sadıkovun himayəsi sayəsində zabit olub, tez bir zamanda ön xətt görmədən vəzifə pillələrinə yüksəlib.

2013-cü ilə kimi orduda mühüm vəzifə tutmasa da, 2013-cü ildən sonra ulduzu parlıyıb, sülhməramlı qüvvələrə komandir təyin olunub, elə o gündən də hərbi hissə “rüşvətə məramlı hissə” olub.

Ölkədən kənarda xidmət etmək istəyən hərbi qulluqçular 6 ayda alacaqları ezamiyyət pulunun yarısının Qədirlə bölməli idilər, yoxsa başqa cür mümkün deyildi.

Müdafiə Nazirliyi Maddi Texniki Baş idarəsinə müavin təyin olunandan sonra “qaz vurub qazan dolduran”lardan olub.

Deyilənə görə, Qədir Nəsibovun Nəcməddin Sadıkovla qohumluğu var. Bundan başqa N.Sadıkovun sürücüsü və köməkçisi Əli ilə qudadır. Qədir Nəsibov Nəcməddin Sadıkovun klanında olsa da, bəlkə də yeganə adam olub ki, Nəcməddin Sadıkova qarşı olan şəxslərlə də həmişə yaxşı, mehriban münasibət saxlıyıb, heç kimlə münasibəti pozmayıb. Bu qurduğu münasibətlərə görə də Zahid Niftəliyevin, Elxan Məcidovun yediyinin 10 qatını yesə də, hələ “gözün üstündə qaşın var” deyən yoxdur.

Qədir orduda “yaxşı oğlan” ştatında olan zabitlərdən biridir. Hansı tədbirdə jurnalist, keçmiş döyüşçü görsə cibinə pul basar, deyər “dayı payıdır, axşam yeyib-içərsiz”.

Qədir Nəsibov həddindən çox ağıllı insandır, yediyi pullarla özünə “yaxşı oğlan”, “səxavətli insan” obrazlarını gözəl yarada bilib.

Hər oğulun işi deyil, “muzıkant” ola, gizir ola, sonra da General rütbəsi əldə edə.

Deyilənə görə, Qədir Nəsibov aşbazlığı da yaxşı bacarır. Bir sözlə, yuxarda boş yerə yazmadıq ki, “xidmət etməkdən başqa hər cür istedada malikdir”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər