"Mədəni cibgirlik"  -  Hər  ay "Həmkarlar"a niyə pul ödənilir ?!

Səttar Möhbalıyevin rəhbərliyi ilə Həmkarlar İttifaqları Konfederasiyasının xalqın başına "hördükləri corablar"dan "dogruxeber.tv" olaraq biz də, digər sosial medialar da dəfələrlə bəhs etmişik. Ancaq, nə yazıq ki, yazmaqla da bitmir. Hər dəfə yenilənən məlumatlar, bizi yenidən mövzuya qayıtmağa vadar edir.

Möhbalıyevin "menyu"sundan...

Möhbalıyevin AHİK "səltənəti"ndən kimlər yararlanır ?

Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - VAXTI YETİŞİB...

Həmkarlar ittifaqları konfederasiyasının müqaviləsində üzvlüyün könüllü olduğu yazılsa da, dövlət idarələrində çalışanlar demək olar ki, buna məcbur edilir. Məsələn, bu barədə "dogruxeber.tv"a danışan bir orta məktəbin müəllimi deyir, - "Hər ay əmək haqqımdan həmkarlara 2% tutulur. Mənə zərrə qədər xeyri olmayan bu quruma mən niyə pul ödəməliyəm?

Uzun illərdir çalışıram və hər ay da həmkarlara pul ödəyirəm, cəmi bircə dəfə mənə hədiyyə veriblər. Gəlib qutunu evdə açıb baxıram ki, baqquş, saqqız, sovurma... Hesabladım, cəmi 70 qəpiklik uşaq şirniyyatları. Əsəbləşib ərizə yazdım ki, "mən Həmkarlar təşkilatına üzvlükdən imtina edirəm". Məktəbimizdə fəaliyyət göstərən Həmkarlar təşkilatının sədri az qala mənə yalvardı ki, çıxmayım. Hətta, bunun üçün mənə pul da təklif etdi. Deyir, "Sən çıxsan mənə töhmət gələcək". Ona görə məcbur olub, ərizəmi geri götürdüm".

Dövlət Xəstəxanalarından birində çalışan həkim deyir: - "Naftalana gedəndə mən cibimin pulunu xərcləyirəm, baxmayaraq ki, illərdir həmkarlar təşkilatına hər ay əmək haqqımın iki faizini köçürürəm. Həmkarlar təşkilatının xətti ilə gedəndə oradakı müalicə prosedurlarının hamısı daxil deyil. Heç elə olanda normal xidmət də göstərilmir. Bir sözlə verdiyim pula dəymir. Bilmirəm bizim adımızı o təşkilata niyə yazıblar?!".

Başqa bir xəstəxanada məsul vəzifələrdən birində çalışan digər həkim deyir, - "Bircə dəfə həmkarlardan putyovka istədim. Dedilər "Naftalana yoxdur". Qubaya verdilər. Getdim gördüm nə xidmət , nə də şərait heç putyovkaya verdiyim pula dəymir. Sonradan eşitdim ki, sən demə Naftalana putyovka var imiş, <bizə vermirlər. Bizim adımızla götürüb 1200 (min iki yüz) manata başqalarına satırmışlar.
İşə alınan kimi birinci növbədə həmkarlara üzv edirlər, maaşımızdan hər ay çıxırlar. Bizim xeyrimiz nədir bəs burda?"

Bəli, qeyd edək ki, sözügedən qurumdan bu cür narazı olan vətəndaşların sayı minlərlədir. Onları dinlədikcə, adamı maraq götürür.
Doğrudan da Həmkarlar İttifaqları Konfederasiyasına üzv olmaq bu insanların nəyinə lazımdır ki, dövlət idarələrində hər kəs ora üzv edilir? Və qanunlarına görə könüllü olan bu quruma, dövlət idarələri niyə işə alınan şəxsləri avtomatik üzvlüyə cəlb edir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 654

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər